Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinu “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Xeberler.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qarşı tərəfin təşəbbüsü əsasında təşkil edilən görüşdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və burada tətbiq olunan innovasiyalar barədə məlumat verib. Milli brendimiz olan “ASAN xidmət”in intellektual məhsul kimi ixracı istiqamətində 30-dan çox ölkə və beynəlxalq təşkilatla müqavilənin imzalandığı diqqətə çatdırılıb.
Səfir ölkəmizin dövlət xidmətləri sahəsində olan qabaqcıl təcrübəsini yüksək qiymətləndirib.
Görüş zamanı “ASAN xidmət” təcrübəsinin Yunanıstanın müvafiq qurumları ilə paylaşılması istiqamətində müzakirələr aparılıb.
Həmçinin səfər çərçivəsində qonaq “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, “ABAD” publik hüquqi şəxsin və “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə də tanış olub.


























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları