«Softline Venture Partners» şirkəti «Softline Academy»nin dəstəyi ilə gənclər arasında ilk İnternet-əlavələr və proqram təminatı işlənməsi sahəsində ideyalar üzrə «Dev Generation 2009» müsabiqəsi elan edib.
Müsabiqənin qalibinə layihəsinin həyata keçirilməsi üçün «Softline Venture Partners» tərəfindən 100 min ABŞ dolları həcmində investisiya ayrılacaq.
Müsabiqədə mövzudan asılı olmayaraq, İnternet-əlavələr və proqram təminatının işlənməsi sahəsində unikal layihələr təqdim edən tələbələr, aspirantlar, həmçinin heyətində heç olmasa bir tələbə və ya aspirant olan komandalar iştirak edə bilər. Müsabiqə MDB və Baltikyanı ölkələrinin gəncləri üçün açıqdır, iştirak etmək istəyənlər www.softlinevp.com saytında xüsusi formanı doldurmalıdır.
Müsabiqə iki mərhələdən ibarətdir, ərizələr mayın 19-dək qəbul ediləcək, sonra təkliflər jüri tərəfindən qiymətləndiriləcək və qalib müəyyən ediləcək. Mayın 29-da Moskvada «Rusiyanın kiçik və orta biznes günləri – 2009» tədbiri çərçivəsində qaliblərin mükafatlandırma mərasimi keçiriləcək. Müsabiqənin əsas məqsədi qeyd olunan sahədə istedadlı gəncləri aşkar etmək və dəstəkləməkdir.
Qeyd edək, ki «Softline Venture Partners» şirkəti proqram təminatının lisenziyalaşdırılması və distribusiyası üzrə Rusiya bazarının lideri olan «Softline» Şirkətlər Qrupuna daxildir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri