Previous Next
Bağla

“Amazon”un texniki direktoru “INMerge” sammitində iştirak edib

11-10-2024 13:07
“Amazon”un texniki direktoru “INMerge” sammitində iştirak edib

Bakıda keçirilən “INMerge” innovasiya sammitinin ikinci günündə “Amazon”un vitse-prezidenti və texniki direktoru Verner Foqels tədbir iştirakçıları qarşısında çıxış edib.

Xeberler.az bildirir ki, o, çıxışı zamanı şirkətin yaranması və inkişafı tarixindən danışıb. Foqels deyib: “Əvvəlcə şirkətimiz elektron kitabxana açdı. Sonra orada daha çox kitab toplandı. Bu, ilk dəfə idi və texnologiya sayəsində şirkət sürətlə inkişaf etməyə başladı. Həmin dövrü indiki vaxtla müqayisə etsək görərik ki, o illərdə hər hansı mal alıcıya bir neçə günə çatdırılırdı, indi isə müştəri sifarişini elə həmin gün ala bilir.

İnnovasiya və texnologiya sayəsində indi bu funksiyaların əksəriyyətini robotlar yerinə yetirir. “Amazon” mağazalarındakı süni intellekt sayəsində siz istənilən kitabı götürüb kassada ödəniş edə bilərsiniz. Bir çox sahələrdə robotlaşma və süni intellekt sayəsində bəzi bizneslər böyüyür, bəziləri isə əksinə, sıradan çıxır. Ancaq uzunmüddətli və davamlı bir iş istəyirsinizsə, biznesinizi prinsiplər üzərində qurmalısınız. “Amazon”un əsas prinsiplərindən biri müştərilərə və uzunmüddətli səhmdarlara etibar etməkdir. Başqa bir prinsip odur ki, biz hər zaman eksperiment aparacağıq. İnnovasiyaları sınaqdan keçirməkdən qorxmayın. Əlbəttə, uğursuz praktikalar da var, amma bunun özü də bir təcrübədir. Hətta pis təcrübə də, fikrimizcə, sizin inkişafınızda və gələcək böyümənizdə çox faydalı olacaq”.

Qeyd edək ki, “Amazon” şirkətinin tarixi Ceff Bezosun perspektivli və yüksək maaşlı vəzifəni tərk etməsi və qarajda biznes qurmaq istəyi ilə başlayıb. Ən böyük şirkətin gələcək qurucusu vitse-premyer vəzifəsində çalışdığı və yaxşı sabit gəlirə malik olduğu hedc fondunda (müəyyən risklə maksimum mənfəət əldə etməyə yönəlmiş investisiya fondu - red.) işləyirdi. Bezos yeni ideyasını öz rəhbəri ilə də müzakirə edib və günlərin birində qərara gəlib ki, bu ideyasını həyata keçirsin. Ceff artıq onlayn ticarət şəbəkəsi yaratmaq barədə düşünürdü, baxmayaraq ki, ötən əsrin 90-cı illərində, onun biznesə başladığı zaman çox az adamın internetə çıxışı vardı. Bezosun ideyası istənilən məhsulu alıcılara satan mağaza yaratmaqdan ibarət olub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Amazon"un təsisçisi 737 milyon milyon dollarlıq səhmini satıb

02-07-2025

4SİM "InMerge" İnnovasiya Sammitinin əsas tərəfdaşıdır

25-09-2024

"Amazon" 30 min iş yerini ixtisar edəcək

28-10-2025

"Bakcell" “INMerge” İnnovasiya Sammitinin əsas tərəfdaşıdır!

07-10-2024

Bakıda “INMerge” innovasiya sammiti davam edir

11-10-2024

“Amazon”un vitse-prezidenti və “YouTube”un həmtəsisçisi Bakıya gəlir

30-08-2024

“Amazon”da işləyən robotların sayı oradakı insanların sayını keçə bilər

01-07-2025

“Youtube” şirkətinin həmtəsisçisi “INMerge” İnnovasiya Sammitində iştirak edəcək

20-09-2024

Dünyanın ən zəngin insanı kimdir?

01-08-2017

Amazon kitab mağazası açır

05-11-2015

Amazon öz əməliyyat sistemini yaradır

08-01-2016

Dünyanın ən zəngin insanın uğurlu olma səbəbi

11-05-2018

Bakıda “INMerge Innovasiya Sammiti” başa çatıb

12-10-2024

Bezos: Milyonlarla insan yaxın gələcəkdə kosmosda yaşayacaq

07-10-2025

Növbəsiz və kassirsiz supermarket-Video

07-12-2016

Amazon Facebook-u geridə qoydu

02-08-2016

Bakıda dördüncü “INMerge” Innovasiya Sammiti keçirilir

10-10-2024

“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib

11-10-2024

"Youtube"un həmtəsisçisi Bakıda "INMerge” İnnovasiya Sammitinə qatılacaq

23-09-2024

“Amazon” ChatGPT-yə sərmayə yatıracaq

30-01-2026

Microsoft və Amazon müqavilə imzaladı

02-09-2015

Azərbaycan məhsullarını Amazon-a çıxarır

08-08-2017

Amazon yeni sosial şəbəkə istifadəyə verib

20-07-2017

“InMerge İnnovasiya Sammiti”nə 1 ay qaldı!

12-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə