Previous Next
Bağla

“ASAN xidmət” “500 Startups” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

24-11-2020 12:33
“ASAN xidmət” “500 Startups” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə “500 Startups” şirkəti arasında əməkdaşlığa dair memorandum və Azərbaycanda startapların inkişafı, vençur maliyyəşməsinin təşəkkülü üzrə proqramların həyata  keçirilməsi ilə bağlı müqavilə imzalanıb. Müqavilənin əsas məqsədi ölkəmizdə startap və innovasiya ekosisteminin inkişafını sürətləndirmək, yerli startapların qlobal bazara və xarici investorlara çıxışına imkan yaratmaqdır.

Xeberler.az bildirir ki, dünyada startaplarla bağlı əsas təşkilatlardan biri olan “500 Startups” şirkəti dünyada 8 qlobal mərkəz olmaqla, ümumilikdə 75-dən çox ölkədə layihələr həyata keçirib. Şirkətin əsas fəaliyyət istiqamətləri ölkələrdə innovasiya ekosisteminin qurulması, akselerasiya proqramlarınn həyata keçirilməsi və startaplara investisiya yatırılmasıdır. 2010-cu ildə ABŞ-da yaradılan şirkət bu günə qədər 2500-dən çox startapa investisiya qoyuluşunda iştirak edib.
Müqaviləni Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov və “500 Startups” şirkətinin rəhbəri Kristina Tsai imzalayıblar.

“500 Startups” şirkəti ilə görüş zamanı tərəflər Azərbaycanda müvafiq platformanın inkişafı, o cümlədən ölkəmizin beynəlxaq arenada həyata keçirdiyi tədbirlər, töhfələr barədə müzakirələr aparıblar. 

Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyətindən, e-hökumət sahəsindəki irəliləyişlərdən, ölkəmizdə innovasiya ekosisteminin inkişafı istiqamətində həyata keçirilən layihələrdən bəhs edib.

“500 Startups” şirkətinin rəhbəri Kristina Tsai öz növbəsində əməkdaşlığa dair yeni imkanların qurulmasından və bu istiqamətdə müqavilənin imzalanmasından məmnunluğunu ifadə edib.  

Həmçinin xaricdə yaşayan həmyerlilərimizin təşəbbüsü və ˝INNOLAND˝in dəstəyi əsasında yaradılan ˝Tech Diaspora˝ üzvləri ilə, eyni zamanda müvafiq sahənin inkişafı istiqamətində bir sıra beynəlxalq şirkətlərə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Müqavilə əsasında həyata keçiriləcək proqram yerli startapların beynəlxalq bazara çıxışını təmin edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət Agentliyinin sədri “500 Startups” şirkətinin nümayəndəsi ilə görüşüb

29-03-2021

İnnovasiyalar Agentliyi və “500 Startups” şirkəti arasında müqavilə imzalanıb

21-12-2020

İnnovasiyalar Agentliyi və “500 Startups” şirkəti arasında müqavilə imzalandı

14-01-2021

“İnnovasiyalar Mərkəzi”nin 2020-ci ilin yekunlarına dair hesabatı təqdim olunub

16-01-2021

ABŞ-da Azərbaycan İnnovasiyalar Evinin açılış mərasimi keçirilib

20-02-2020

"ASAN xidmət" təcrübəsinin Tacikistanla paylaşılması müzakirə edilib

21-05-2026

“Alibaba Qrup”un nümayəndə heyəti “ASAN xidmət”də

28-02-2024

“500 Startups” Türkiyədə hansı startaplara yatırım edəcək?

23-10-2015

İnnovasiya ekosisteminin inkişafı üçün “İNNOKLUB” yaradılıb

31-03-2021

Yaxın Şərq startapları üçün 30 milyon ayrıldı

04-12-2015

Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramının təqdimat mərasimi keçirilib

08-01-2019

Pakistanda ilk “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

15-01-2026

Dövlət Agentliyinin sədr müavini Koreyada səfərdədir

04-10-2019

“INNOLAND”in rezidenti olan “Nextsale” startapını ABŞ şirkəti satın alıb

09-02-2022

Dövlət sektorunda Rəqəmsal Transformasiya mövzusunda müzakirələr aparılıb

25-11-2019

“ASAN xidmət” təcrübəsi beynəlxalq festivalda təqdim olunub

22-04-2025

Bakcell və INNOLAND arasında əməkdaşlıq müqaviləsi imzalandı

21-12-2018

Ruandanın və Zimbabvenin rəsmiləri "ASAN xidmət"də olublar

21-11-2025

“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

03-06-2025

“ASAN xidmət” təcrübəsi Qazaxıstanla paylaşılır

26-02-2025

Xarici miqrasiya qurumlarının rəhbərləri “ASAN xidmət”də olublar

23-05-2025

“İnnovasiyalar Mərkəzi” “SABAH.city” layihəsinə qoşulur

27-01-2026

"ASAN xidmət" “Take Off İstanbul 2025” startap sammitində iştirak edib

15-12-2025

İnnovasiya və startap ekosisteminin inkişafı üçün memorandum imzalanıb

30-11-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə