Previous Next
Bağla

“İnnovasiyalar Mərkəzi”nin 2020-ci ilin yekunlarına dair hesabatı təqdim olunub

16-01-2021 11:16
“İnnovasiyalar Mərkəzi”nin 2020-ci ilin yekunlarına dair hesabatı təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin 2020-ci ilin yekunlarına dair hesabatı təqdim olunub.

Xeberler.az bildirir ki, tədbir Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun iştirakı ilə baş tutub. 

“İnnovasiyalar Mərkəzi”nin direktoru Tağı Tağı-zadə 2020-ci il ərzində özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi istiqamətində yeni texnologiyaların tətbiqi, texniki dəstək və İT xidmətlərinin verilməsi, müxtəlif növ tədbirlərin keçirilməsi və yeni əməkdaşlıqların qurulması barədə məlumat verib.

Eyni zamanda dünyanın müxtəlif  ölkələrindən innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların ölkəmiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, birgə fəaliyyətin təmin olunması, xüsusən də startapların inkişafı  istiqamətində geniş imkanlar yaradan “TECH Diaspora” və “İnnovasiyalar Evi”nin yaradılmasından da  danışılıb.  

Həmçinin innovasiya sahəsində ekosistemin daha da inkişaf etdirilməsi ilə bağlı “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin bu sahənin oyunçuları olan “SUP.VC”, “NextSale”, “Newspace”, “Newİdea”, “Khazar Ventures”, “Tech Academy”, “GOUP”, “AzNetwork” və s. şirkətlərlə uğurlu əməkdaşlıq, görülən və görüləcək işlər haqqında məlumat verilib. 

Tağı Tağı-zadə qeyd edib ki, məhz bu cür layihələrin nəticəsidir ki, 2020-ci ilin sonunda 7 nominasiya üzrə təqdim olunan  “Azərbaycan İnnovasiya Mükafatının” qaliblərinin 4-ü “İnnovasiyalar Mərkəzi” və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşları və əməkdaşları olublar. 

Sonda bazar ehtiyaclarına və sahibkarların maraqlarına uyğun həyata keçirilməsi nəzərdə tutulan layihələr, 2021-ci il üzrə fəaliyyət planı və hədəflər müzakirə olunub. 2020-ci il ərzində “500 Startups” şirkəti ilə qurulan əməkdaşlığın, Mərkəzin BMT-nin Qlobal Saziş Təşəbbüsünə qoşulmasının, eyni zamanda Asiya İnkişaf Bankı ilə imzalanmış “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi üzrə Bilik və Dəstək Texniki Yardımı barədə Anlaşma Memorandumu”nun növbəti illərdə də mərkəzin sosial-biznes qurumu olaraq nüfuzunun daha da artması, ölkəmizdə startap və innovasiya ekosisteminin inkişafının sürətləndirilməsi istiqamətində geniş imkanlar yaradacağı müzakirə olunub. 

“500 Startups” şirkəti ilə əməkdaşlığa əsasən vençur maliyyələşməsinin təşəkkülü üzrə proqramların həyata  keçirilməsi, yerli startapların qlobal bazara və xarici investorlara çıxışına imkan yaradılması kimi məsələlərin 2021-ci ilin əsas hədəflərindən olması qeyd olunub. Həmçinin Asiya İnkişaf Bankı ilə imzalanmış memoranduma görə "INNOLAND Şəki" tərəfindən icra ediləcək layihəyə əsasən nəzərdə tutulan texnoloji startapları dəstəkləmək üçün effektiv və işlək institusional mexanizmlərin yaradılması, innovativ həllərin artırılması, rəqəmsal mikrobiznesin və kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət Agentliyinin sədri “500 Startups” şirkətinin nümayəndəsi ilə görüşüb

29-03-2021

Bakcell və INNOLAND arasında əməkdaşlıq müqaviləsi imzalandı

21-12-2018

“ASAN xidmət” “500 Startups” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

24-11-2020

"İnnovasiyalar Mərkəzi"nin nümayəndə heyəti "Mərkəzi Avrasiya Startap Sammiti"ndə iştirak edib

19-04-2022

ABŞ-da Azərbaycan İnnovasiyalar Evinin açılış mərasimi keçirilib

20-02-2020

Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramının təqdimat mərasimi keçirilib

08-01-2019

“İnnovasiyalar Mərkəzi" ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi əməkdaşlıq imkanlarını müzakirə edib

16-01-2023

INNOLAND, Next Step və SUP Akseleratoru arasında memorandum imzalanıb

10-01-2019

“INNOLAND”ın rezidentləri “Web Summit 2025”də iştirak ediblər

17-11-2025

“INNOLAND”in rezidenti olan “Nextsale” startapını ABŞ şirkəti satın alıb

09-02-2022

INNOLAND və AzerGold startapları bir araya gətirəcək

24-07-2019

Azərbaycanın regionlarında innovasiyaların inkişafı üzrə - İşlər Aparılır

09-01-2021

ADB Azərbaycanda texnoloji startapların inkişafını dəstəkləyəcək

06-01-2021

Bakcell və İNNOLAND yerli developerlər üçün tədbir keçirib

31-01-2019

İnnovasiya ekosisteminin inkişafı üçün “İNNOKLUB” yaradılıb

31-03-2021

INNOLAND-in rezidentləri beynəlxalq proqrama qəbul edilib

03-10-2019

Azərbaycanın ABŞ-ın "Silikon vadisi"ndəki "İnnovasiyalar evi"nə artıq yerli startaplar cəlb olunub

21-02-2020

Nazir BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının baş katibi ilə görüşüb

26-10-2019

İnnovasiyalar Agentliyi və “500 Startups” şirkəti arasında müqavilə imzalanıb

21-12-2020

İnnovasiyalar Agentliyi və “500 Startups” şirkəti arasında müqavilə imzalandı

14-01-2021

Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub

24-01-2020

İnnovasiyalar Agentliyində Türkiyə Sənaye və Texnologiyalar nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib

18-06-2021

“Alibaba Qrup”un nümayəndə heyəti “ASAN xidmət”də

28-02-2024

INNOLAND-in nümayəndə heyəti Tech Summit-də iştirak edib

08-11-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə