Previous Next
Bağla

“ASAN xidmət”in “DIGIAGE BAKU 2024” rəqəmsal oyun düşərgəsi baş tutub

23-09-2024 16:13
“ASAN xidmət”in “DIGIAGE BAKU 2024” rəqəmsal oyun düşərgəsi baş tutub
Cari ilin 20-22 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin və “Bilişim Vadisi Bakı”nın birgə təşkilatçılığı ilə “DIGIAGE - Bakı” rəqəmsal oyun düşərgəsi keçirilib.
 
Məqsəd peşəkar mentorların iştirakı ilə istedadlı gənclərin oyun hazırlamaları və layihələrini tanıtmalarıdır. Həmçinin onlara dünya bazarına çıxmaqla bağlı təcrübə qazandırmaq və yeni təşəbbüslər irəli sürmək istiqamətində dəstək əsas hədəflərdir. Bu çərçivədə gənclər komanda işi, layihə təqdimetmə və marketinq bacarıqlarını inkişaf etdirməklə yanaşı, innovasiya və yaradıcılıqlarını təşviq edərək fərqli oyun konsepsiyaları hazırlayıblar. Eləcə də peşəkarlardan şəbəkələşmə və karyera inkişafı üçün praktiki məsləhətlər alıblar.

Qeydiyyatdan keçmiş 175 iştirakçı arasında seçilmiş 100 iştirakçıya 1 ay ərzində oyun studiyalarında investisiya, oyun şirkətlərində hüquqi proseslər, oyun marketinq prosesi, tərtibatı və istehsalı prosesi ilə bağlı tövsiyələr verilib.

3 gün davam edən düşərgədə isə qəbul mərhələlərini tamamlayan iştirakçılar komanda və ya fərdi formada iştirak ediblər. Onlara oyun yaratma prosesində istifadə olunan ən son proqramlar, oyun inkişafının fərqli aspektləri, bu sektorda karyera imkanları barədə məlumat verilib. Tanınmış şirkət və oyun dizaynerlərinin motivasiya xarakterli hekayələri iştirakçılarla paylaşılıb.

Düşərgə müddətində "İnnovasiyalar Mərkəzi"nin direktoru Vüsal Rüstəmov və "Bilişim Vadisi"nin baş icraçı direktoru Erkam Tüzgen düşərgəyə komandaların işləri ilə tanış olublar. Sonda 11 komanda hazırladıqları oyunları təqdim edərək münsiflər heyəti tərəfindən qiymətləndirilib. Potensiallı hesab olunan “Untitle”, “Risee Interactive” və “Legions” komandaları ilə investisiya görüşləri davam edəcək, onlara mentorluq dəstəyi veriləcək. Bütün komandalara isə “DIGIAGE” tərəfindən mentorluq dəstəyi davam etdiriləcək.

Ötən il sentyabrın 7-dən 9-dək keçirilmiş ilk düşərgədə 14 komandadan müvafiq potensiallı hesab olunan 5 komandaya investisiya ayrılıb və “Bilişim Vadisi Bakı” kampusunda ödənişsiz ofis imkanları verilib. Ümumilikdə 14 komandadan 11-nə isə “Bilişim Vadisi” tərəfindən mentorluq dəstəyi verilməklə investisiya potensiallarının artırılmasına dəstək göstərilib. Düşərgələr 2023-cü ildə “İnnovasiyalar Mərkəzi” və “Bilişim Vadisi Bakı” arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən təşkil olunur. Məqsəd texnoloji bacarıqların birgə inkişaf etdirilməsi, təlimlərin keçirilməsidir. Eyni zamanda, ölkəmizdə innovativ həllərin tətbiqinə və inkişafına təkan verəcək hakaton, butkamp modeli əsasında layihələrin birgə hazırlanması prioritetlərdir.
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rəqəmsal oyun düşərgəsi başa çatdı-Fotolar

11-09-2023

DIGIAGE - Bakı 2025” rəqəmsal oyun düşərgəsi keçiriləcək

15-10-2025

“Bilişim Vadisi”nin nümayəndə heyəti Təhsilin İnkişafı Fondunun qonağı olub

12-09-2023

"RoboCode” robotik kodlama düşərgəsinə start verilib

03-03-2025

AzTU ilə Bilişim Vadisi arasında əməkdaşlıq protokolu imzalanıb

28-02-2023

KOBİA və Türkiyənin Bilişim Vadisi əməkdaşlıq edəcək

10-07-2023

“ASAN xidmət”in “RoboCode” düşərgəsi başa çatıb

08-04-2025

AzTU-nun rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib

27-01-2023

“Bilişim Vadisi Bakı”ya üzv olan şirkət nümayəndələri ilə görüş keçirilib

15-02-2024

“Gələcək üçün bacarıqlar” layihəsinin əhatə dairəsi genişlənir

24-01-2025

“ASAN xidmət” gəncləri robototexnika sahəsində bir araya gətirəcək

27-01-2025

Türkiyədə "Bilişim Vadisi Bakı" açıldı

04-05-2023

Bilişim Vadisi ilə AzTU arasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

07-03-2024

Xsolla-IDDA İnkubasiya Proqramına start verilib

01-04-2026

AzTU-da süni intellekt texnologiyalarına həsr olunan görüşü keçirilib

23-11-2023

Türkiyənin sənaye və texnologiya naziri AzTU-da görülən işlərlə tanış olub

04-04-2023

Naxçıvanda ödənişsiz oyun tərtibatı təlimləri silsiləsi başlayır

29-01-2025

KOBİA və Bilişim Vadisi Bakı “Gənc startap” sahibkarlıq təlimlərinə start verdi

15-02-2024

Oyun studiyaları üçün ilk inkubasiya proqramına qeydiyyata start verilib

19-03-2025

BANM tələbələri “Bilişim Vadisi”nin xüsusi mükafatı ilə təltif olunublar

30-01-2025

“INNOLAND”də oyun tərtibatçıları üçün “Demo day” keçirilib

11-04-2022

Oyun studiyaları üçün “Digital Dragons 2026”ya müraciət qəbulu başlayıb

10-04-2026

ABŞ-da Azərbaycan İnnovasiyalar Evinin açılış mərasimi keçirilib

20-02-2020

"ASAN Akademiya - 2024" layihəsi başa çatıb

25-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə