Previous Next
Bağla

“Azercell”-in “Biznesim Veb” xidməti korporativ müştərilər üçün böyük imkanlar açır

23-12-2020 16:29
“Azercell”-in “Biznesim Veb” xidməti korporativ müştərilər üçün böyük imkanlar açır

Pandemiya dövründə bütün iqtisadi əlaqələrin, o cümlədən, ticarətin onlayn platformaya daşındığı bir dövrdə “Azercell Biznes” sahibkarlar və müəssisə rəhbərləri üçün böyük imkanlar açır. Belə ki, təqdim olunan yeni “Biznesim Veb” xidməti sürətli şəkildə veb saytın yaradılmasına, onun onlayn mağaza kimi istifadəsinə imkan verərək satışları asanlaşdırır.

Təkmilləşdirilmiş bu xidmət COVİD-19 pandemiyası dövründə tətbiq olunan sərbəst
hərəkət məhdudiyyəti və digər bu kimi tədbirlər şəraitində biznes sahiblərinə önəmli alternativ və yardımçı satış strategiyasıdır. “Biznesim Veb” xidmətinə qoşulmaqla sizin mağaza və ya restoranınız biznesin yeni fəaliyyət normasına uyğunlaşacaq və rəqəmsal həllər vasitəsilə fəaliyyət göstərəcək.

“Biznesim Veb” xidmətinin əsas üstünlüklərindən biri də “Azercell Biznes”-in müştərilərinin öz şirkətləri və müəssisələri üçün cəmi 3 gün ərzində heç bir əlavə investisiya qoymadan elektron mağaza funksiyası olan bir veb sayt yaratmaqla öz işlərini inkişaf etdirə bilmək imkanıdır. Azərbaycanda kiçik və orta sahibkarlığın inkşafına yönələn bu rəqəmsal xidmət çərçivəsində müştərilər domain qeydiyyatı, hostinq, Google xidmətlərindən istifadə, səhifənin təhlükəsizliyinin təminatı kimi digər üstünlüklərdən də faydalana bilər.

Yaradılacaq veb səhifədə istifadəçi qeydiyyatının aparılmasını mümkün edən “Users”
xidməti, hər bir istifadəçiyə özünün şəxsi bloqunu yaratmağa imkan verən “Blog” xidməti də əlavə olunnmuşdur.

Bunlarla yanaşı, “Biznesim Veb” xidmətinə həm də SEO – Google axtarış sistemi üçün səhifənin optimallaşdırılması funksiyası əlavə edilib. Bu zaman Google axtarış sisteminə həmin saytla bağlı nəticələr ilk sıralarda görünür ki, bu da saytın tanınması üçün çox önəmlidir.

Qeyd edək ki, xidmət çərçivəsində yaradılan saytın idarə olunması sistemi Windows OS, Mac OSX tərəfindən dəstəklənir. Rahat interfeysin mövcudluğu, məzmunun ayrıca tətbiqlər vasitəsilə təqdim olunması saytın daha sürətli və asanlıqla idarəetməsini həyata keçirməyə imkan verir. Xidmət haqqında daha ətraflı məlumat əldə etmək üçün *1111 nömrəsil ilə əlaqə saxlayın və ya [email protected] ünvanına müraciət edin.

Azərbaycanda fəaliyyət göstərən şirkətlərin seçimi olmağı hədəfləyən “Azercell Biznes” müştərilərini yeni nəsil həllərin tətbiqi yolu ilə fərdiləşdirilmiş xidmətlə təmin etmək, fərqli məzmunda məhsullar təqdim etməklə onların inkişafına imkan yaradır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell Biznes yenilənmiş “Biznesim” tarif planlarını və “Biznesim Klubu” loyallıq proqramını təqdim edir

28-04-2021

Azercell-dən korporativ müştərilərə veb-sayt yaratmaq fürsət

11-07-2019

Azercell Biznesim İnternet Xətti-ni təqdim edib

02-09-2019

Azercell Biznesim Sosial Şəbəkə Paketlərini təqdim edir

06-09-2019

Azercell-dən Biznesim Wi-Fi təklifləri ilə biznesinizi daha rahat idarə edin

13-02-2020

Azercell yeni rəqəmsal məhsul portfelini təqdim edir

13-05-2019

"Azercell Biznes"dən tam yeni Nəqliyyatın İdarəolunması sistemi

14-12-2021

Google saytların müxtəlif avadanlıqlarda işləmə sürətini dəyərləndirəcək

03-06-2016

“Azercell Biznes” tətbiqi artıq “AppStore” və “Google Play”də!

12-09-2023

“Azercell Biznes” tətbiqi artıq “AppStore” və “Google Play”də!

12-09-2023

Google “Google saytları” xidməti təqdim etdi

24-10-2008

ADY yenilənmiş korporativ veb-saytını təqdim edib

06-11-2024

“Azərpoçt” yeni veb-saytını istifadəyə verib

17-12-2024

Google, Mac əməliyyat sistemi üçün Picasa-nın beta versiyasını buraxıb

07-01-2009

Veb-spamlarla bağlı araşdırmalar aparılır

03-05-2018

AZƏRBAYCANDA İNTERNET SƏHİFƏ BİZNESİ YAYILIR

12-01-2009

“Azercell Biznes” şirkətlər üçün yeni rəqəmsal həll təqdim edir

28-07-2025

“Azercell” ölkənin kənd təsərrüfatı sahəsinə müasir texnologiyalar gətirir

26-07-2023

“Apple Pay” və “Google Pay” ödəniş üsulları ilk dəfə “Azercell” tətbiqində

23-12-2024

Azercell-dən Milyon, milyon nömrələr kampaniyası

03-01-2019

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin veb-saytı yenilənib

11-08-2023

Azercell rabitə bazarında yeni biznes istiqamətini təqdim edir

04-07-2022

Şəki Regional Elmi Mərkəzin saytı yeniləndi

03-07-2017

BakuBus-un yeni veb-saytı təqdim edilib

29-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə