Previous Next
Bağla

“Google” internetdə tənqid olunan həkimi müdafiə edəcək

11-04-2015 12:19
“Google” internetdə tənqid olunan həkimi müdafiə edəcək

Yaponiyanın Tiba Şəhər Dairə Məhkəməsi “Google” şirkətinin “Maps” kartoqrafiya xidmətində yerli tibb klinikasının ünvanına yazılan iki anonim şərhin silinməsi barədə qərar çıxarıb.

Xəbərlər-in  “Lenta”-ya istinadən verdiyi  məlumata görə, “Maps” xidməti istifadəçilərə şirkət və müəssisələrin fəaliyyəti ilə bağlı rəylər yazmağa imkan verir. Anonim şərh müəllifləri tərəfindən işi tənqid edilən həkim məhkəmə dinləmələrində ünvanına səsləndirilən ittihamları rədd edib. Məhkəmə iddiaçının xeyrinə qərar çıxararaq rəyləri böhtan adlandırıb.

Şirkət nümayəndəsi bildirib ki, internet nəhəngi Yaponiya məhkəməsinin qərarına cavab vermək üçün bütün mümkün variantları nəzərdən keçirir. Onun sözlərinə görə, şirkət şərhlərdə istifadəçilərin tənqidlərinə cavab vermək imkanı olsa da, “Google” yalnız servisin qaydalarına ziddiyyət təşkil edən rəyləri silə bilər. Bu halda isə istifadəçilər tərəfindən qaydalar pozulmayıb.

“Google” məhkəmənin qərarını yerinə yetirməsə, 300 min yen (2500 dollar) məbləğində cərimə olunacaq.

Məlumat üçün bildirək ki, “Google” ABŞ internet şirkəti olmaqla bütün axtarış sistemləri arasında liderdir. 1998-ci ildə Larri Peyc və Sergey Brin tərəfindən yaradılan şirkət 2004-cü ildə 1,9 milyard dollar dəyərində səhmlərin ilk yerləşdirilməsini həyata keçirib. Hazırda “Google” dünya axtarış sorğuları bazarının 80 faizindən çoxuna sahibdir. Şirkətin əsas gəlir mənbəyini sistemin səhifələrində axtarışın nəticələri ilə bənd edilən onlayn reklam təşkil edir.   

 “Google” axtarış sistemi ilə yanaşı, dünyanın ən populyar “YouTube” videohostinqinin sahibidir, “Gmail” poçt servisi və “Google+” sosial şəbəkəsinin idarəedicisidir, habelə mobil qurğular üçün “Android” əməliyyat sisteminin tərtibatçısıdır.  

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Google istifadəçilərin maliyyə məlumatlarını toplayacaq

Google istifadəçilərin maliyyə məlumatlarını toplayacaq

02-07-2015
“Google” ABŞ-ın axtarış sistemi bazarının 2/3 hissəsini tutur

“Google” ABŞ-ın axtarış sistemi bazarının 2/3 hissəsini tutur

16-11-2013
Google Maps-ə yeni rəqib gəlir

Google Maps-ə yeni rəqib gəlir

27-04-2011
“Google”un reklam gəliri ABŞ mətbuatının gəlirini üstələyib

“Google”un reklam gəliri ABŞ mətbuatının gəlirini üstələyib

14-11-2013
Microsoft: Rəqiblərin plagiatda ittihamları sadəcə həqarətdi

Microsoft: Rəqiblərin plagiatda ittihamları sadəcə həqarətdi

11-02-2011
Microsoft: rəqiblərin plagiatda ittihamları sadəcə həqarətdi

Microsoft: rəqiblərin plagiatda ittihamları sadəcə həqarətdi

07-02-2011
“Google” 1,8 mlrd. dollarlıq yeni ofisi

“Google” 1,8 mlrd. dollarlıq yeni ofisi

24-12-2010
Google ilə Apple arasındakı əməkdaşlıq

Google ilə Apple arasındakı əməkdaşlıq

02-10-2018
ABŞ məhkəməsi “Google” u inhisarçılıqda təqsirli bilib

ABŞ məhkəməsi “Google” u inhisarçılıqda təqsirli bilib

19-04-2025
Google böyük miqdarda cərimə ödəyə bilər

Google böyük miqdarda cərimə ödəyə bilər

13-04-2018
Google 17 yaşını qeyd edir

Google 17 yaşını qeyd edir

27-09-2015
Google ilin üçüncü rübündə 2,2 milyard dollar qazanıb

Google ilin üçüncü rübündə 2,2 milyard dollar qazanıb

19-10-2010
Google Chrome-nin yeni dizaynı test edilir

Google Chrome-nin yeni dizaynı test edilir

12-07-2018
Azərbaycanlılar Google-da nə edirlər?

Azərbaycanlılar Google-da nə edirlər?

04-07-2011
Android istifadəçilərinin sayı açıqlanıb

Android istifadəçilərinin sayı açıqlanıb

19-05-2017
Google bütün dünyada istifadəçiləri “google.com”a keçirəcək

Google bütün dünyada istifadəçiləri “google.com”a keçirəcək

16-04-2025
Kaliforniya məhkəməsi "Google"a 314 milyon dollar ödəməyi məcbur edib

Kaliforniya məhkəməsi "Google"a 314 milyon dollar ödəməyi məcbur edib

02-07-2025
Google-un yeni başçısı Larri Peyc təyin edilib

Google-un yeni başçısı Larri Peyc təyin edilib

22-01-2011
Google 1 milyard cərimə ödəyə bilər-Səbəb

Google 1 milyard cərimə ödəyə bilər-Səbəb

17-06-2017
“Google” korporasiyası böyüməkdə davam edir

“Google” korporasiyası böyüməkdə davam edir

19-07-2010
Google uşaqlar üçün xəritə hazırlayır

Google uşaqlar üçün xəritə hazırlayır

12-08-2015
Google Maps-in dizaynı dəyişir

Google Maps-in dizaynı dəyişir

26-07-2016
Müsəlmanlar üçün Google

Müsəlmanlar üçün Google

23-01-2009
GOOGLE-DAN YENİLİK

GOOGLE-DAN YENİLİK

25-08-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə