Previous Next
Bağla

Mərkəzi Elmi Kitabxananın saytı yenilənəcək

09-02-2017 10:33
Mərkəzi Elmi Kitabxananın saytı yenilənəcək

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında bu qurumun və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “İnformasiya təminatında mövcud durum: media və kitabxana əməkdaşlığı” mövzusunda tədbir keçirilib.

Xeberler.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli Akademiyada ilk dəfə olaraq media ilə geniş tərkibli görüş keçirildiyini deyib.

İ.Həbibbəyli Mərkəzi Elmi Kitabxananın gördüyü işlərdən, xidmətin səviyyəsindən, vikipedia təlimlərindən, Milli Rəqəmsal Yaddaş bazasından, keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov AMEA-nın özünün inkişaf dövründə olduğunu qeyd etdib.Media-kitabxana əməkdaşlığlını gücləndirməyə çalışdıqlarını deyən millət vəkili informasiya əldə olunmasında kitabın, kitabxananın böyük rolu olduğunu açıqlayıb.

Ə.Amaşov Mətbuat Şurasında təmsil olunan media qurumlarının görülən işlərə informasiya dəstəyi verməsini gündəmə gətirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli AMEA-da çalışan alimlərin fəaliyyətinin mediada az işıqlandırıldığını qeyd edib.  

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Leyla İmanova tədbirin mahiyyəti haqqında məlumat verərək, Azərbaycan üçün önəmli olan vətəndaş birliyini çox həssas sahə olan informasiya sahəsində media və kitabxana əməkdaşlığı nümunəsində bir daha nümayiş etdirməyin, informasiya təminatı sahəsində media və kitabxananın məsuliyyətlərinin kəsişən nöqtələrini tapmağın əsas məqsəd olduğunu vurğulayıb.

O, deyib ki, MEK görülən işləri operativ şəkildə mek.az saytında, sosial şəbəkələrdə paylaşmaqla ictimaiyyətə çatdırır.

Direktor  media ilə perspektivdə görülməsi nəzərdə tutulan addımları da açıqlayıb.

Onun sözlərinə görə, media ilə gündəlik kommunikasiyanın onlayn avtomat rejimə keçirilməsi,  VİS-in müəyyən komponentlərinin sayt ilə sinxronlaşdırılması, kitabxana həyatından MEK-in saytına canlı yayımlanması, MEK-in elektron resurslarına şəxsi kabinetdən çıxış,  kommunikasiyanın daha əlçatan və sürətli olması, MEK-in saytının yeni versiyasının hazırlanması gözlənilir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“AMEA-da elektron kitabxana yeni mərhələdə” adlı təqdimat mərasimi keçirilib

“AMEA-da elektron kitabxana yeni mərhələdə” adlı təqdimat mərasimi keçirilib

26-09-2024
Rəqəmsal kitabxanalar mövzusunda tədbir keçirilib

Rəqəmsal kitabxanalar mövzusunda tədbir keçirilib

22-05-2019
“Kitabxanada elektron kataloqların yaradılması işi başa çatmaq üzrədir”

“Kitabxanada elektron kataloqların yaradılması işi başa çatmaq üzrədir”

14-10-2015
Elektron elmi-intellektual bazanın yaradılması müzakirə edilib

Elektron elmi-intellektual bazanın yaradılması müzakirə edilib

29-02-2016
MEK-in növbəti “Vikipediya” təlimləri yekunlaşıb

MEK-in növbəti “Vikipediya” təlimləri yekunlaşıb

11-12-2025
Azərbaycanla bağlı məlumatlar “Milli rəqəmsal yaddaş” bazasına daxil ediləcək

Azərbaycanla bağlı məlumatlar “Milli rəqəmsal yaddaş” bazasına daxil ediləcək

15-05-2014
 Mərkəzi Elmi Kitabxanada İT-dən istifadə genişləndirilir

Mərkəzi Elmi Kitabxanada İT-dən istifadə genişləndirilir

12-01-2016
MEK elektron arxivlərin etibarlı mühafizəsini təklif edir

MEK elektron arxivlərin etibarlı mühafizəsini təklif edir

14-03-2019
Mərkəzi Elmi Kitabxana Vahid Qeydiyyat Sisteminin yenilikləri ilə bağlı təlim keçirib

Mərkəzi Elmi Kitabxana Vahid Qeydiyyat Sisteminin yenilikləri ilə bağlı təlim keçirib

22-11-2018
Kitabxanalar mobil informasiya mərkəzi kimi adlı konfrans keçirilib

Kitabxanalar mobil informasiya mərkəzi kimi adlı konfrans keçirilib

01-10-2019
MEK Müasir kitabxana-informasiya sahəsində çağırışlar və trendlər mövzusunda tədbir keçirib

MEK Müasir kitabxana-informasiya sahəsində çağırışlar və trendlər mövzusunda tədbir keçirib

11-02-2019
Kitabların elektron təqdimatı keçirilib

Kitabların elektron təqdimatı keçirilib

28-09-2015
MEK-də elektron kitabxana və rəqəmsal xidmətlər genişləndirilib

MEK-də elektron kitabxana və rəqəmsal xidmətlər genişləndirilib

15-12-2025
MEK-də Hiperkitap rəqəmsal verilənlər bazasına əlçatanlıq təmin edilib

MEK-də Hiperkitap rəqəmsal verilənlər bazasına əlçatanlıq təmin edilib

15-01-2026
ScienceDirect  elmi-məlumat  bazasının təqdimatı keçirilib

ScienceDirect  elmi-məlumat bazasının təqdimatı keçirilib

29-04-2025
MEK-in yenilənmiş elektron kitabxanasının təqdimatı olub

MEK-in yenilənmiş elektron kitabxanasının təqdimatı olub

16-07-2025
 Elektron Akademiya şöbəsinin müdiri MEK-in vikipediyaçıları ilə görüşüb

Elektron Akademiya şöbəsinin müdiri MEK-in vikipediyaçıları ilə görüşüb

26-01-2023
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarılıb

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarılıb

05-03-2020
Kitab fondlarında saxlanılan kolleksiyalar rəqəmsallaşdırılacaq

Kitab fondlarında saxlanılan kolleksiyalar rəqəmsallaşdırılacaq

03-03-2016
MEK-in elektron kitabxanasına yeni nəşrlər daxil olub

MEK-in elektron kitabxanasına yeni nəşrlər daxil olub

04-10-2024
MEK-də yeni elektron zalın açılışı olub

MEK-də yeni elektron zalın açılışı olub

03-11-2025
Kitabların qorunması üçün elektron çiplərdən istifadə olunacaq

Kitabların qorunması üçün elektron çiplərdən istifadə olunacaq

28-05-2015
MEK EBSCO elektron məlumat bazasını oxucuların istifadəsinə verib

MEK EBSCO elektron məlumat bazasını oxucuların istifadəsinə verib

29-10-2018
TİKA və MEK əməkdaşlığı genişləndirir

TİKA və MEK əməkdaşlığı genişləndirir

28-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə