Previous Next
Bağla

Türkiyənin müasir elektron resursları adlı seminar keçirilib

06-11-2019 14:40
Türkiyənin müasir elektron resursları adlı seminar keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi kitabxanası (MEK) və Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu “Türkiyənin müasir elektron resursları” adlı təlim-seminar keçirib.

Xeberler.az bildirir ki, seminar İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Kitabxana və Muzeylər İdarəsinin nümayəndəsi Ramazan Elmasın “İstanbul Böyükşəhər Bələdiyyəsi nümunəsi” adlı təqdimatı ilə açılıb. Təqdimatda Atatürk Kitablığı Kolleksiyaları və qurumun nəzdində fəaliyyət göstərən muzeylər haqqında məlumat verilib.

Sonra Artvin Çoruh Universiteti kitabxanasının rəhbəri Muhammet Kızıl “Türkiyədə ali təhsildə elektron qaynaqlar” məruzəsində universitet kitabxanasında yaradılan şərait haqqında ətraflı danışıb. Anadolu Universiteti Kitabxanalar Konsorsiumundan (ANKOS) da bəhs edən M.Kızıl bildirib ki, konsorsium 83 müxtəlif verilənlər bazasına malik, 60-dan çox nəşriyyat evi ilə 1628 müqaviləsi olan, 155 universitet və araşdırma qurumunun üzv olduğu beynəlxalq səviyyəli elmi mərkəzdir.

Daha sonra “Hiperlink” nəşriyyat evinin rəhbəri Hayri Yavuz “Hiperlink. Türkiyədə yerli kitabxanalar” mövzusunda təqdimatla çıxış edib. H.Yavuz Hiperlinkin Türkiyənin ilk və tək elektron kitab verilənlər bazası olduğunu diqqətə çatdırıb və Azərbaycanın müvafiq qurumları ilə gələcək əməkdaşlıq imkanlarından söz açıb. Seminar iştirakçıların sualları ətrafında müzakirələrlə davam edib.

Xatırladaq ki, oxucuların bir çox tammətnli elektron resursların məlumat bazalarına əlçatanlığını təmin edən MEK silsilə şəklində beynəlxalq elektron resurslarla bağlı seminarlar təşkil edir və elmi mərkəzlərlə əlaqələrin gücləndirilməsi nəticəsində beynəlxalq elmi e-bazalardan istifadə və bazalarda elmi məqalələrin sayı artmaqdadır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
MEK EBSCO elektron məlumat bazasını oxucuların istifadəsinə verib

MEK EBSCO elektron məlumat bazasını oxucuların istifadəsinə verib

29-10-2018
“Rəqəmsal əsrdə universitet kitabxanaları” adlı seminar keçirilib

“Rəqəmsal əsrdə universitet kitabxanaları” adlı seminar keçirilib

12-06-2025
Rəqəmsal kitabxanalar mövzusunda tədbir keçirilib

Rəqəmsal kitabxanalar mövzusunda tədbir keçirilib

22-05-2019
MEK-də Hiperkitap rəqəmsal verilənlər bazasına əlçatanlıq təmin edilib

MEK-də Hiperkitap rəqəmsal verilənlər bazasına əlçatanlıq təmin edilib

15-01-2026
Kitabların elektron təqdimatı keçirilib

Kitabların elektron təqdimatı keçirilib

28-09-2015
ScienceDirect  elmi-məlumat  bazasının təqdimatı keçirilib

ScienceDirect  elmi-məlumat bazasının təqdimatı keçirilib

29-04-2025
Mərkəzi Elmi Kitabxana Vahid Qeydiyyat Sisteminin yenilikləri ilə bağlı təlim keçirib

Mərkəzi Elmi Kitabxana Vahid Qeydiyyat Sisteminin yenilikləri ilə bağlı təlim keçirib

22-11-2018
MEK elektron arxivlərin etibarlı mühafizəsini təklif edir

MEK elektron arxivlərin etibarlı mühafizəsini təklif edir

14-03-2019
“Müasir elektron kitabxanalarda yaşıl və rəqəmsal transformasiyalar” adlı seminar keçirilib

“Müasir elektron kitabxanalarda yaşıl və rəqəmsal transformasiyalar” adlı seminar keçirilib

04-11-2024
Elektron elmi-intellektual bazanın yaradılması müzakirə edilib

Elektron elmi-intellektual bazanın yaradılması müzakirə edilib

29-02-2016
Azərbaycanla bağlı məlumatlar “Milli rəqəmsal yaddaş” bazasına daxil ediləcək

Azərbaycanla bağlı məlumatlar “Milli rəqəmsal yaddaş” bazasına daxil ediləcək

15-05-2014
MEK Müasir kitabxana-informasiya sahəsində çağırışlar və trendlər mövzusunda tədbir keçirib

MEK Müasir kitabxana-informasiya sahəsində çağırışlar və trendlər mövzusunda tədbir keçirib

11-02-2019
Mərkəzi Elmi Kitabxanaya 1600-dən çox elektron nəşr hədiyyə edilib

Mərkəzi Elmi Kitabxanaya 1600-dən çox elektron nəşr hədiyyə edilib

15-12-2022
Kitabxanalar mobil informasiya mərkəzi kimi adlı konfrans keçirilib

Kitabxanalar mobil informasiya mərkəzi kimi adlı konfrans keçirilib

01-10-2019
ATU-nun prorektoru Mərkəzi Elmi Kitabxanada olub

ATU-nun prorektoru Mərkəzi Elmi Kitabxanada olub

29-06-2026
“AMEA-da elektron kitabxana yeni mərhələdə” adlı təqdimat mərasimi keçirilib

“AMEA-da elektron kitabxana yeni mərhələdə” adlı təqdimat mərasimi keçirilib

26-09-2024
Mərkəzi Elmi Kitabxandan innovativ yenilik

Mərkəzi Elmi Kitabxandan innovativ yenilik

19-01-2023
MEK-də elektron kitabxana və rəqəmsal xidmətlər genişləndirilib

MEK-də elektron kitabxana və rəqəmsal xidmətlər genişləndirilib

15-12-2025
AZSTAND yeni Texniki Komitə yaradıb

AZSTAND yeni Texniki Komitə yaradıb

30-06-2025
TİKA və MEK əməkdaşlığı genişləndirir

TİKA və MEK əməkdaşlığı genişləndirir

28-04-2026
“Kitabxanada elektron kataloqların yaradılması işi başa çatmaq üzrədir”

“Kitabxanada elektron kataloqların yaradılması işi başa çatmaq üzrədir”

14-10-2015
Elektron kitabxanalarla bağlı  problemlər müzakirə edilib

Elektron kitabxanalarla bağlı problemlər müzakirə edilib

18-03-2016
Elektron kitabxanaların yaradılması sahəsində beynəlxalq təcrübə araşdırılır

Elektron kitabxanaların yaradılması sahəsində beynəlxalq təcrübə araşdırılır

25-05-2022
MEK-in növbəti “Vikipediya” təlimləri yekunlaşıb

MEK-in növbəti “Vikipediya” təlimləri yekunlaşıb

11-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə