Previous Next
Bağla

MEK elektron arxivlərin etibarlı mühafizəsini təklif edir

14-03-2019 16:50
MEK elektron arxivlərin etibarlı mühafizəsini təklif edir

Martın 14-də AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) “Əməkdaşlıq müqavilələri çərçivəsində MEK-də formalaşdırılmış kolleksiyalar” adlı tədbir keçirib.

Xeberler.az  bildirir ki, MEK-in Kitabxana-xidmət şöbəsinin Kataloqlaşdırma və sistemləşdirmə bölməsinin əməkdaşı Aygün Əliyeva kolleksiyalar haqqında təqdimatla çıxış edib. Bildirib ki, MEK ötən müddətdə bir sıra qurumlarla əməkdaşlıq həyata keçirib, memorandumlar imzalayıb. O, Ombudsman Aparatı, BDU-nun Elmi Kitabxanası və Jurnalistika fakültəsi, Azərbaycan Mətbuat Şurası, Türkiyənin İldırım Bəyazid Universiteti Kitabxanası, Misir Milli Kitabxanası və Arxivləri ilə imzalanmış müqavilələr haqqında ətraflı məlumat verib. Müqavilələrdə əks olunan bəndlərə
uyğun olaraq kitablar və digər qiymətli sənədlər MEK-in elektron kataloquna daxil edilib.

MEK-in media ilə, dövri mətbuatla əməkdaşlığından söz açan A.Əliyeva Azərbaycanın bir sıra aparıcı mətbu orqanlarının nüsxələrinin elektron formatda kitabxananın Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilməsi haqqında məlumat verib. O, nümunə olaraq “Yeni Azərbaycan”, “Azərbaycan”, “İki sahil”, “525-ci qəzet” və “Olaylar” qəzetlərinin adını çəkib.

Təqdim edilən nüsxələr mövcud qaydalara əsasən işlənərək MRY bazasına daxil edilib. Təqdimatçı MEK-in innovativ layihəsi olan Milli Rəqəmsal Yaddaş haqqında da iştirakçıları məlumatlandırıb. Bildirib ki, Azərbaycana aid informasiyanı idarə olunan və əlaqələndirilə bilən strateji resursa çevirmək, informasiya müharibəsində üstünlük qazandıra bilən təsirli silah formalaşdırmaq məqsədilə reallaşdırılan MRY bazası artıq elmiləşib. Aygün Əliyeva imzalanmış müqavilələr çərçivəsində müxtəlif yerli və xarici qurumlara MEK tərəfindən Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən sənədlərin təqdim edilməsini, birgə sərgilərin təşkilini, beynəlxalq elektron bazalara çıxışın əldə edilməsini vurğulayıb.

Tədbirdə Ombudsman Aparatının İnsan Hüquqları Kitabxanasının əməkdaşı Azadə Novruzova milli irsimizə, mədəni dəyərlərimizə göstərdiyi diqqətə görə MEK-ə təşəkkür edib. MEK və Ombudsman Aparatının ötən ay reallaşdırdığı “Açıq kitabxana” layihəsindən söz açıb. O, Ombudsman Aparatının bu əməkdaşlıqda hər zaman maraqlı olduğunu bildirib. Çox zaman kitabxana əməkdaşlarının fəaliyyətinin kölgədə qaldığını deyən Azadə Novruzova qeyd edib ki, MEK-in çalışmaları, gördüyü işlər, icra etdiyi layihələr bunu aradan qaldırıb. BDU-nun Jurnalistika fakültəsinin “Jurnalistika” elmi-tədqiqat laboratoriyasının əməkdaşı Samir Xalidoğlu MEK-in tədbirlərini, fəaliyyətini daim mediadan və sosial şəbəkələrdən izlədiyini, təqdir etdiyini bildirib. Qeyd edib ki, kitabların yazılması ilə yanaşı onu geniş auditoriyaya təqdim etmək, rəqəmsallaşdırmaq da böyük əhəmiyyət daşıyır. S.Xalidoğlu məhz bu cəhətdən MEK ilə BDU-nun Jurnalistika fakültəsinin əməkdaşlığının müsbət olduğunu deyib.

Sonda MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova kitabxana ilə memorandum imzalayan bütün təşkilatlara təşəkkür edib, aparıcı media qurumlarına elektron arxivlərinin etibarlı mühafizəsi üçün MEK-ə təqdim edilməsi ilə bağlı müraciət edib, daxil olan sənədlərin ciddi şəkildə sistemləşdirilməsi, ictimailəşdirilməsi barədə məlumat verib, bu çalışmaların müsbət nəticələr doğurduğunu söyləyib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mərkəzi Elmi Kitabxana Vahid Qeydiyyat Sisteminin yenilikləri ilə bağlı təlim keçirib

22-11-2018

Rəqəmsal kitabxanalar mövzusunda tədbir keçirilib

22-05-2019

MEK-də Hiperkitap rəqəmsal verilənlər bazasına əlçatanlıq təmin edilib

15-01-2026

MEK EBSCO elektron məlumat bazasını oxucuların istifadəsinə verib

29-10-2018

Mərkəzi Elmi Kitabxananın saytı yenilənəcək

09-02-2017

“Milli rəqəmsal yaddaş” layihəsi uğurla həyata keçirilir

23-10-2015

MEK-in növbəti “Vikipediya” təlimləri yekunlaşıb

11-12-2025

Kitabların elektron təqdimatı keçirilib

28-09-2015

MEK “Elsevier”in beynəlxalq elektron bazasına abunəliyi həyata keçirir

29-05-2025

Kitab fondlarında saxlanılan kolleksiyalar rəqəmsallaşdırılacaq

03-03-2016

AnkosLink-2019 beynəlxalq konfransı keçirilib

05-04-2019

TİKA və MEK əməkdaşlığı genişləndirir

28-04-2026

Elektron elmi-intellektual bazanın yaradılması müzakirə edilib

29-02-2016

“AMEA-da elektron kitabxana yeni mərhələdə” adlı təqdimat mərasimi keçirilib

26-09-2024

Türkiyənin müasir elektron resursları adlı seminar keçirilib

06-11-2019

Elektron Akademiya şöbəsinin müdiri MEK-in vikipediyaçıları ilə görüşüb

26-01-2023

MEK-in elektron kitabxanasına yeni nəşrlər daxil olub

04-10-2024

MEK-də elektron kitabxana və rəqəmsal xidmətlər genişləndirilib

15-12-2025

MEK Müasir kitabxana-informasiya sahəsində çağırışlar və trendlər mövzusunda tədbir keçirib

11-02-2019

Mərkəzi Elmi Kitabxanada İT-dən istifadə genişləndirilir

12-01-2016

Kitabxanalar mobil informasiya mərkəzi kimi adlı konfrans keçirilib

01-10-2019

Azərbaycan Türkiyə ilə “Vikidata" sahəsində əməkdaşlığa başlayıb

28-10-2022

“Zərifə Əliyeva - 100” adlı elektron layihə istifadəyə verilib

28-04-2023

Mərkəzi Elmi Kitabxandan innovativ yenilik

19-01-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə