Previous Next
Bağla

Elektron elmi-intellektual bazanın yaradılması müzakirə edilib

29-02-2016 18:20
Elektron elmi-intellektual bazanın yaradılması müzakirə edilib

Fevralın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında “AMEA-da elektron elmi-intellektual bazanın yaradılması” mövzusunda konfrans keçirilib.

Akademiyadan Xeberler.az-a verilən məlumata görə, konfransda AMEA-nın elmi müəssisə və təşkilatlarından elmi işlər üzrə direktor müavinləri, elmi katiblər, kitabxanaçılar və İKT üzrə mütəxəssislər iştirak edib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli konfransın əhəmiyyətindən danışıb. Elektron elmi-intellektual bazanın yaradılmasının indiki zamanda elmin əsas tələblərindən olduğunu qeyd edən akademik  gələcəkdə elmi irsin daha etibarlı qorunub saxlanılması və müasir dövrün tələblərinə uyğun şəkildə istifadəsinə  geniş imkanlar yaradacağını bildirib.



Sonra tədbirdə Mərkəzi Elmi Kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova çıxış edib.

Elektron elmi-intellektual bazanın yaradılmasının “Milli Rəqəmsal Yaddaş” layihəsi çərçivəsində atılan növbəti addım olduğunu qeyd edən L.İmanova  ötən qısa müddət ərzində bu sahədə həyata keçirilmiş önəmli işlərdən danışıb. L.İmanova bildirib ki, Azərbaycanda “Milli Rəqəmsal Yaddaş” layihəsi çərçivəsində elmi tədqiqat işlərinin vahid elektron “Elmi-intellektual baza”sının formalaşdırılması zərurəti olduqca aktualdır.

Bu gün AMEA-nın institutlarında elekron resurslar hər bir müəssisənin öz baza sisteminə uyğun saxlanılır. 

MEK-in təklif etdiyi baza sistemi isə AMEA-da toplanan elektron resursların vahid formatda sistemləşdirilməsinə və mövcud elmi informasiyanın ikitərəfli şəkildə asan mübadiləsinə imkan verir.

L.İmanova MEK-in proqramçılar və layihəçilər qrupu tərəfindən kitabxana işi üzrə təhlillər aparılaraq bu sahədə fəaliyyətin daha da asanlaşdırılmasını təmin etmək məqsədilə hazırlanan proqramlardan da danışıb.



Daha sonra MEK-in Fondların formalaşdırılması bölməsinin rəhbəri Şərafət İsmayılova və Milli Rəqəmsal Yaddaş şöbəsinin əməkdaşı Əzizağa Haxverdiyev təqdimatla çıxış ediblər.

Çıxışlarda MEK-in bu günə qədər yüzdən artıq xarici ölkə universitetləri və dünyanın tanınmış elmi bazaları ilə əlaqələrinin qurulduğu bildirilib.

Həmçinin kitabxananın çap və elektron resursları haqqında, eləcə də MEK-in informasiya bazasının formalaşdırılması istiqamətində gördüyü işlər barədə məlumat verilib. Bundan başqa Vikilayihə-lərdə fəaliyyət, qeydiyyatdan keçmə, məqalələrin yaradılması, kitabxana resurslarının qorunması və saxlanılması, impakt faktorlu jurnallarda məqalələrin yerləşdirilməsi və digər bu kimi çoxçeşidli praktiki mövzularda keçirilən təlimlərdən danışılıb.

Konfransda AMEA-da hazırlanan elmi məhsulların ikitərəfli və çoxtərəfli formatlarda müntəzəm mübadiləsi, müasir standartların tətbiqi ilə kataloqlaşdırılması, müxtəlif bazalarda yerləşdirilməsi və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Tədbirdə Milli Rəqəmsal Yaddaş bazasının fəaliyyətinin daha da təkmilləşdirilməsi və kitabxanada vahid elektron idarəedilmə sisteminin qurulması tələbini nəzərə alaraq bir sıra təkliflər səsləndirilib.

Təkliflərdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında istifadə olunan “Vahid elekron qeydiyyat sistemi”nin AMEA elmi müəssisə və təşkilatlarının kitabxanalarına da tətbiq edilməsi, elmi məqalə və kitabların elektron formatda MEK-ə təqdim olunmasını təmin etmək və digər bu kimi məsələlər öz əksini tapır.

Günel 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda elektron elmi-intellektual baza yaradılır

Azərbaycanda elektron elmi-intellektual baza yaradılır

02-03-2016
Mərkəzi Elmi Kitabxana Vahid Qeydiyyat Sisteminin yenilikləri ilə bağlı təlim keçirib

Mərkəzi Elmi Kitabxana Vahid Qeydiyyat Sisteminin yenilikləri ilə bağlı təlim keçirib

22-11-2018
MEK-in növbəti “Vikipediya” təlimləri yekunlaşıb

MEK-in növbəti “Vikipediya” təlimləri yekunlaşıb

11-12-2025
Mərkəzi Elmi Kitabxananın saytı yenilənəcək

Mərkəzi Elmi Kitabxananın saytı yenilənəcək

09-02-2017
 Mərkəzi Elmi Kitabxanada İT-dən istifadə genişləndirilir

Mərkəzi Elmi Kitabxanada İT-dən istifadə genişləndirilir

12-01-2016
“Kitabxanada elektron kataloqların yaradılması işi başa çatmaq üzrədir”

“Kitabxanada elektron kataloqların yaradılması işi başa çatmaq üzrədir”

14-10-2015
Azərbaycanla bağlı məlumatlar “Milli rəqəmsal yaddaş” bazasına daxil ediləcək

Azərbaycanla bağlı məlumatlar “Milli rəqəmsal yaddaş” bazasına daxil ediləcək

15-05-2014
Rəqəmsal kitabxanalar mövzusunda tədbir keçirilib

Rəqəmsal kitabxanalar mövzusunda tədbir keçirilib

22-05-2019
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarılıb

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarılıb

05-03-2020
ScienceDirect  elmi-məlumat  bazasının təqdimatı keçirilib

ScienceDirect  elmi-məlumat bazasının təqdimatı keçirilib

29-04-2025
“AMEA-da elektron kitabxana yeni mərhələdə” adlı təqdimat mərasimi keçirilib

“AMEA-da elektron kitabxana yeni mərhələdə” adlı təqdimat mərasimi keçirilib

26-09-2024
“Elmi problemlər reyestri”  informasiya sistemi yaradılır

“Elmi problemlər reyestri” informasiya sistemi yaradılır

25-02-2016
Kitab fondlarında saxlanılan kolleksiyalar rəqəmsallaşdırılacaq

Kitab fondlarında saxlanılan kolleksiyalar rəqəmsallaşdırılacaq

03-03-2016
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər jurnalının ilk buraxılışı hazırlanır

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər jurnalının ilk buraxılışı hazırlanır

23-11-2018
MEK-də Hiperkitap rəqəmsal verilənlər bazasına əlçatanlıq təmin edilib

MEK-də Hiperkitap rəqəmsal verilənlər bazasına əlçatanlıq təmin edilib

15-01-2026
AMEA-da Elektron akademiya şöbəsinin prioritetləri təsdiqlənib

AMEA-da Elektron akademiya şöbəsinin prioritetləri təsdiqlənib

15-02-2023
MEK-də yeni elektron zalın açılışı olub

MEK-də yeni elektron zalın açılışı olub

03-11-2025
Kitabxanalar mobil informasiya mərkəzi kimi adlı konfrans keçirilib

Kitabxanalar mobil informasiya mərkəzi kimi adlı konfrans keçirilib

01-10-2019
AMEA-da elektron elmin inkişafı problemləri: gələcəyə baxış

AMEA-da elektron elmin inkişafı problemləri: gələcəyə baxış

16-03-2023
AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

15-07-2015
MEK Müasir kitabxana-informasiya sahəsində çağırışlar və trendlər mövzusunda tədbir keçirib

MEK Müasir kitabxana-informasiya sahəsində çağırışlar və trendlər mövzusunda tədbir keçirib

11-02-2019
Elektron elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək

Elektron elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək

10-03-2015
Kitabların elektron təqdimatı keçirilib

Kitabların elektron təqdimatı keçirilib

28-09-2015
 Elmi tədqiqat müəssisələrində elektron xidmətlər şəbəkəsi yaradıla bilər

Elmi tədqiqat müəssisələrində elektron xidmətlər şəbəkəsi yaradıla bilər

04-04-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə