Previous Next
Bağla

“Mediatrends imkanları” mövzusunda toplantı keçirilib

23-09-2026 17:29
“Mediatrends imkanları” mövzusunda toplantı keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının Sosial media ilə əlaqələr komissiyasının təşəbbüsü və təşkilatçılığı ilə “Süni intellekt dövründə media monitorinqi və analitika: Mediatrends imkanları” mövzusunda toplantı keçirilib.

Xeberler.az bildirir ki, tədbiri girişi sözü ilə açan komissiya sədri Hacıbəy Heydərli bildirib ki, rəhbərlik etdiyi qurum sosial şəbəkələrdə dezinformasiya və “fake news”larla mübarizə, eləcə də sosial şəbəkə istifadəçilərinin maarifləndirilməsi istiqamətində ardıcıl iş aparmaqdadır. Son dövrlər isə süni intellekt və media ilə bağlı məsələlər də komissiyanın diqqətindədir və bu, Mətbuat Şurasının ümumi yanaşmasından qaynaqlanır.

H.Heydərli, həmçinin, deyib ki, hazırda xüsusilə “deepfake” texnologiyaları, sosial şəbəkələrdə saxta məlumatların yayılması və onların aşkarlanması, dezinformasiyaya qarşı mübarizə əsas istiqamətlərdən biridir. O, bu baxımdan müzakirəsi aparılan mövzunun əhəmiyyətini vurğulayıb və qeyd edib ki, Mediatrends (mediatrends.ai) platformasının süni intellektin media monitorinqi və analitikası sahəsində yaratdığı yeni imkanlar neqativ halların aradan qaldırılmasına dəstək ola bilər.

Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru Osman Gündüz çıxışında müasir media məkanında informasiya axınının izlənilməsinin və təhlilinin, media gündəminin operativ monitorinqinin əhəmiyyətindən söz açıb. O, bu baxımdan Mediatrends (mediatrends.ai) platformasının funksional imkanları barədə geniş təqdimat edib.

Tədbirdə bir çox məsələlərlə yanaşı, Mediatrends (mediatrends.ai) platformasının jurnalist yaradıcılığına faydaları üzərində dayanılıb, müxtəlif misallar çəkilib. MŞ İdarə Heyətinin üzvləri – Azər Həsrətin və Aqil Ələsgərin çıxışlarında bildirilib ki, media nümayəndələri ictimai missiya yerinə yetirirlər və onlar gördükləri işin daha geniş təbəqələrə, qaldırdıqları vacib məsələlərin, o cümlədən, problemlərin aidiyyatı dairələrə operativ surətdə çatmasında maraqlıdırlar. Maraq cəmiyyətin mənafelərinin qorunmasından irəli gəlir. Bu baxımdan media və sosial media monitorinqi, AI analitikası və erkən xəbərdarlıq platforması kimi fəaliyyət göstərən Mediatrends mühüm və çoxşaxəli missiya yerinə yetirməkdədir.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçmiş tədbirdə iştirakçıların suallarını cavablandıran O.Gündüz gələcəkdə Mediatrends platformasının hazırkı imkanlarının daha da təkmilləşdirilməsinin mümkünlüyünü vurğulayıb, beynəlxalq təcrübə ilə paralellər aparıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Mediatrends Global” ictimaiyyətə təqdim edildi

“Mediatrends Global” ictimaiyyətə təqdim edildi

12-09-2026
Mediatrends monitorinq sistemi yeni xidmətlər təqdim edir

Mediatrends monitorinq sistemi yeni xidmətlər təqdim edir

07-05-2024
Bakıda informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları mövzusunda konfrans keçirilib

Bakıda informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları mövzusunda konfrans keçirilib

11-10-2024
Mətbuat Şurasında ictimai müzakirə keçirilib

Mətbuat Şurasında ictimai müzakirə keçirilib

11-06-2026
“Yeni Media və yeni çağırışlar” mövzusunda Konfrans keçiriləcək

“Yeni Media və yeni çağırışlar” mövzusunda Konfrans keçiriləcək

26-05-2014
“Media Savadlılığı” platformasının təqdimatını edib.

“Media Savadlılığı” platformasının təqdimatını edib.

20-12-2023
“İnformasiya savadlılığı və süni intellekt” adlı elmi seminar keçirilib

“İnformasiya savadlılığı və süni intellekt” adlı elmi seminar keçirilib

25-04-2025
Rəşad Məcid: Süni intellekt vasitəsilə çoxlu dezinformasiya yayılır

Rəşad Məcid: Süni intellekt vasitəsilə çoxlu dezinformasiya yayılır

19-02-2025
Osman Gündüz: “Yeni Medianın  inkişaf perspektivləri” mövzusunda Konfrans keçiriləcək

Osman Gündüz: “Yeni Medianın inkişaf perspektivləri” mövzusunda Konfrans keçiriləcək

01-05-2014
MEDİA-da Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib

MEDİA-da Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib

08-04-2026
Şuşa Qlobal Media Forumu işini panel iclaslarla davam etdirir

Şuşa Qlobal Media Forumu işini panel iclaslarla davam etdirir

21-07-2025
Milli Məclisdə TikTok platformasının nümayəndə heyəti ilə görüş keçirilib

Milli Məclisdə TikTok platformasının nümayəndə heyəti ilə görüş keçirilib

23-05-2024
“Yeni Media və yeni çağırışlar” konfransı keçirilib

“Yeni Media və yeni çağırışlar” konfransı keçirilib

27-05-2014
Şuşada IV Qlobal Media Forumu keçiriləcək

Şuşada IV Qlobal Media Forumu keçiriləcək

10-07-2026
MEDİA-da Monqolustanın nümayəndə heyəti ilə görüş keçirilib

MEDİA-da Monqolustanın nümayəndə heyəti ilə görüş keçirilib

14-04-2026
MEDİA: Azərbaycana qarşı növbəti dezinformasiya kampaniyası başlayıb

MEDİA: Azərbaycana qarşı növbəti dezinformasiya kampaniyası başlayıb

23-09-2025
Süni intellekt texnologiyaları asanlıqla dezinformasiya mənbəyinə çevrilə bilər

Süni intellekt texnologiyaları asanlıqla dezinformasiya mənbəyinə çevrilə bilər

14-12-2024
Üçüncü Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir

Üçüncü Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir

20-07-2025
Astanada II Mərkəzi Asiya Media Forumu keçiriləcək

Astanada II Mərkəzi Asiya Media Forumu keçiriləcək

12-04-2025
Mətbuat Şurasında Avropa Şurasının ekspertləri ilə görüş keçirilib

Mətbuat Şurasında Avropa Şurasının ekspertləri ilə görüş keçirilib

09-12-2009
Ənənəvi media süni intellektin yaratdığı imkanlar dəqiq dəyərləndirməlidir

Ənənəvi media süni intellektin yaratdığı imkanlar dəqiq dəyərləndirməlidir

17-12-2024
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib

MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib

18-09-2025
“Sosial media və milli dəyərlər” mövzusunda təlimlərə başlanılıb

“Sosial media və milli dəyərlər” mövzusunda təlimlərə başlanılıb

28-07-2015
Azərbaycan–Türkiyə Birgə Media Platformasının İşçi Komissiyası yaradılacaq

Azərbaycan–Türkiyə Birgə Media Platformasının İşçi Komissiyası yaradılacaq

28-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə