İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı: 8

QOĞAL HAQQINDA BİR NAĞIL

17.07.2009 [15:34]

Fontu böyüt:      


Çox danışanın qabağında şey eləməsən deyəcək ki zadın yoxdur
Azərbaycan atasözü

Düz 1 həftə bundan əvvəl yeni “bərk gedən” İnternet layihələrimizdən birinin icraçı direktorunun analitik yazısına bir cavab məqaləsi yazmışdım. Layihələrini sivil yolla PR etmələri bəs deyilmiş, qara PR-a yönəlib, bütün digər milli layihələri bəyənməmək, ilişmək, söz atmaq kimi xoşagəlməz yola baş vurmuşdular.

Atılan daşlardan biri də Azərbaycan İnternet Forumuna atılmış lazımsızlığı və mənasızlığı haqqında atılan iddia idi. Həmin yazıda yazılanların hamısının altında bir mənanın olduğu aşkar şəkildə bilinirdi. Bir tək AİF-in “fındıqqabıqlığı”-nın səbəbi müəmmalı və üstü örtülü qalmışdı.

Hər bir mücrünün ağzı bir gün açıldığı kimi, 1 həftə əvvəl yazılan içi zəhər dolu yazının mənası da lap indicə aydın oldu. Bu gün həmin “bərk gedən” layihənin qardaş layihəsi olan informasiya saytında bir xəbər nəşr olunmuşdur. Xəbərin yarısı “bərk gedən” layihənin təriflənməsinə həsr olunub. Yerdə qalan yarısında isə həmin “bərk gedən” layihənin təşkilatçılıq eləmək istədiyi bir tədbirdən bəhs edilir. Təbii ki, bu ancaq bir təsadüfdür ki, tədbir, ölkədə keçiriləcək İlk İnternet Forum olaraq adlanır.

Fikir gözəldir, ancaq bir neçə sual doğurur:

  • Bu cür tədbirin təşkilatçılığını heç 1 ilini belə tamamlanmamış, gördüyü işlərlə yox, mənasız və yersiz (artıq qara da) PR-ı ilə tanınan bir layihənin etməyə haqqı varmı?
  • “Forum” sözünün əvəzinə “konfrans”, “seminar”, “dəyirmi masa” v.s. kimi sözlər istifadə oluna bilməzdi? Təşkilatçıların fantaziyaları ancaq bura kimi çatıb?
  • Sırf belə bir tədbir keçirmək niyyətləri varsa, 9 ildir ki fəaliyyət göstərən, ölkənin İnternet sahəsində ən qabaqcıl müəssisələrin nümayəndələrinin üzv olduqları və icraatları ilə geniş tanınan Azərbaycan İnternet Forumuna söz atmaq şərt idi ?

Təbii ki, Google-a belə söz atmağa “ərki çatan” (necə olsa cavab verən deyillər) layihə rəhbəri, asanlıqla Azərbaycandakı hamını da rahatlıqla palçığa batırıb çıxarda bilər. Ancaq bundan sonra təşkil elədiyi tədbirdə kimlərin iştirak etdiyi çox maraqlı olacaq.

Pul mükafatına görə bloqlarda yazan səviyyəsi “cıran” bloqqerlər, mənasız realiti şou-larında iştirak edən super-iddialı qızlar, 100 manatlıq uduş üçün azərbaycanca ən çox axtarılan sozü tapan münəccimlər?

Tədbirin elanına həsr olunmuş xəbərin yarısından artığını öz reklamlarına həsr edən bir layihənin təşkil etdiyi forum öz layihələrinin təqdimat mərasiminə çevrilməsin?

PR-ını, istifadəçilərini, tədbirlərini, məşhurluğunu mənbəyi bilinməyən pulun mövcudluğu üzərində quran bir layihə özünə bir az artıq güvənmirmi?

İndicə bu yazımı yazanda saytlarına daxil olmaq istəyəndə saytın açılmadığını, gördüm, “Aparılan profilaktik işlər və sistem təkmilləşdirilməsi ilə əlaqədar olaraq sayt bir müddət işləməyəcək. Müvəqqəti narahatlığa görə üzr istəyirik.” yazısı ilə qarşılaşdım. Ürəyim ağrıdı. Day bir sözüm yoxdur.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar