Previous Next
Bağla

Ağ PR, qara PR

11-07-2009 02:29

Dünən, özünü Milli İnternetimizə daxil edən adı və şüarı ingiliscə, özü rusca olan xəbər saytların birində Milli İnternetdə təzə peyda olmuş növbəti iddialı layihələrindən birinin icraçı direktorunun İnternetimizin vəziyyəti ilə əlaqədar davamı gələcək analitik yazısının ilk hissəsi dərc olunmuşdur. Yazıda ortaya qoyulan bəzi müddəalara öz fikrimi bildirmək üçün və verilən bəzi suallara cavab vermək üçün ağlıma gələnləri bölüşmək istəyirəm.

Müqəddimə

Hələ əsrlər öncə “Xosrov və Şirin”də Nizamimiz bir nəsihət etmişdir: “Yüz nöqsanın varkən, dinmə sus barı, Özgədə axtarma o nöqsanları”. Nəyə görə inkişafın zəif olduğundan gileylərinik? Böyüklərimizin nəsihətlərinə qulaq vermədiyimiz üçün.

İcraçının analizləri

Azərinet-i seqmentlərə bölmək fikri gözəldi. Görəsən, icraçı direktor öz layihələrini hansı seqmentə daxil etmək niyyətindədir? Qrantların yeyilməsi üçün hazırlanan saytlara? Super-meqa-kvazi-pop-realiti-şou saytlara? Yoxsa dedi-qodu sarı məbuat saytlarına?

Şəxsən mən, dəyərli milli layihələrin bir çoxunu icraçının sadaladığı seqmentlərin heç birinə aid edə bilmərəm. Yəqin ki, gözəl fikrin reallaşdırması ilkin kamilliyini qoruya bilmədi.

Azərbaycan adlanan ölkənin əcnəbi-dillilərin istilası

Dəfələrlə elə fikrə gəlmişdim ki, Azərbaycan yeganə ölkədir ki, cibində xarici ölkənin pasportunu daşıyan vətəndaşlar yerli vətəndaşlara görə daha böyük hörmətə və imtiyazlara sahibdir. Bu şəraitdə əlbəttə ki “obrazavonski” görsənmək kompleksinə qapılmışlar əcnəbicə görsənmək, əcnəbicə hərəkət etmək və əcnəbicə danışmaq üçün əllərindən gələni etməyə çalışırlar.

Bu cür kompleksli insanlara İnternetimizi uyğunlaşdırmaq qəribədir deyilmi? Səbəb kompleksdir yoxsa tənbəllik? Ona görədirmi ki, azərbaycan istifadəçiləri üçün nəzərdə tutulmuş layihənin elektron poçtun kömək bölməsi rusca olaraq saxlanılmışdır. Ona görədirmi ki, layihənin Azərbaycan dilində axtarışı rusdilli xəbərlər saytlarında yer alır. Ona görədirmi ki, həmin layihənin icraçı direktoru rusdilli saytlarda rusca silsilə yazı müəllifi olub, milli internetə iradlarını dilə gətirir?

Cherches la femme – heç hənanın yeridir?

Alexa haqqında yazılanlara mız qoya bilmərəm, yazılanların hamısı gərçəkdir. Ancaq bu söhbətin açılmasının səbəbi nədir, bir anlam verə bilmədim. Müəmma olaraq uzun müddət qalmadı, bir sonrakı abzasda hər şey aydın oldu.

PR – Paxıllığın Realizəsi

Bütün hər şeyi ümumi problemlərin çətiri altında üstü örtülü şəkildə rəqib saytlara söz atmaq. Əlimizin çatmadığı milli saytlar, rəqib belə ola bilməyəcəyimiz xarici layihələr. Hamısı turşdur.

Kor kora kor deməsə...

Növbəti daşların kimin bostanına atıldığı bilinməsə də, Azərbaycan İnternet Forumunun daşı taqqıltıyla dəyib yerə düşdü. AİF-in üzvü olaraq daşın yerdə qalmasına imkan verə bilmərəm. Hal hazırda neçə Mb İnternet bağlantınız var? 1 il əvvəl neçə idi ve neçəyə idi? Benzin, işıq, su, qazın bahalaşdığı dövrümüzdə İnternet qiymətlərinin ucuzlaşması – əsas layihəmizdi. Xeyir iş gör, dənizə at, Xaliq bilər, balıq görməsə də olar...

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

QOĞAL HAQQINDA BİR NAĞIL

17-07-2009

İNTERNET, İŞSİZLƏRİN İŞ YERİNƏ ÇEVRİLMƏMƏLİDİR

11-08-2009

Azərbaycanda rus saytlarına üstünlük verilir

06-02-2009

İnternet inqilabı insanları tərəqqiyə, yoxsa tənəzzülə aparır?

22-07-2010

AzNET geci-tezi var..

29-05-2010

“İnternet ancaq uşaqlar üçün məhdudlaşdırıla bilər”

13-03-2013

Rasim Əliquliyev: “Virtual Azərbaycan Orta Məktəbi” yaradılmalıdır”

08-01-2009

Məmurlara “Odnoklasniki” və “Facebook” qadağası

29-12-2009

Nəsiman Yaqublu: “Mən internetin imkanlarından o qədər də istifadə etmirəm”.

26-10-2010

AzerDict-Rus-dili lüğəti əlavə Olundu

12-07-2010

NETTY 2009

18-05-2009

Azərbaycan Milli Kitabxanası elektron poçt ilə kitab sifarişlərini qəbul edir

30-06-2009

Azərbaycan İnternet Forumunun Day.az-ın fəaliyyətinin dayandırması ilə bağlı açıqlaması

19-02-2009

Netty 2010-da iştirak etmək üçün ərizələrin qəbulu yekunlaşmaq üzrədir

05-04-2010

2010-cu ilin əvvəlində Azərbaycanda mətnlərin səsləndirilməsi proqramı yaradılacaq

30-10-2009

Milli domenlər

17-06-2010

Əli Novruzov: “Mənim üçün əsas olan kiminsə jurnalist və ya blogger sayılmasından daha çox ifadə azadlığı məsələsidir”

16-10-2010

Deputatlığa iddia edən Azər Həsrət reklam qiymətlərini açıqladı

22-09-2010

Facebooka bənzər 200 min saxta sayt var

20-05-2009

Azər Həsrət: “İnternetin imkanlarından tam gücüylə istifadə etməyə çalışıram”

27-09-2010

2010-cu ildə internet aləmində nə kimi yeniliklər oldu?

02-01-2011

Zaman maşını

16-10-2008

İş yerlərində İKT yaxşı yoxsa pis?

16-01-2009

Azərbaycan Prezidenti Ericsson şirkətinin birinci icraçı direktorunu qəbul edib

10-09-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə