AIF Bakı şəhərində keçirilməsi nəzərdə tutulan beynəlxalq İnternet İdarəçiliyi Forumunun (IGF) 7-ci toplantısı ilə bağlı məsələ müzakirə edib

17-07-2012 / 13:09

Azərbaycan İnternet Forumu İdarə Heyətinin toplantısı keçirilib. Toplantıda cari ilin noyabr ayında  Bakı şəhərində keçirilməsi nəzərdə tutulan  beynəlxalq   İnternet İdarəçiliyi Forumunun (IGF) 7-ci toplantısı ilə bağlı  məsələ müzakirə olunub.

Toplantıda  adı çəkilən Forumun Azərbaycanda keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Forumun Azərbaycan İnternetinin inkişafı üçün də faydalı olacağı və inkişafa təkan verəcəyi diqqətə çatdırılıb.

AİF hesab edir ki, bu cür yüksək səviyyəli beynəlxalq toplantıda Azərbaycanın son illərdə İKT və xüsusilə internet sahəsində əldə etdiyi uğurların təqdim edilməsi, digər ölkələrlə təcrübə mübadiləsinin aparılması üçün yeni imkanlar əldə olunacaq.  
Bununla belə  IGF-nin  İnternetə aid müxtəlif problemlərin müzakirəsi ilə bağlı həm beynəlxalq, həm də milli platforma olmasını nəzərə alaraq AİF Forum ərəfəsində hökumət, eləcə də cəmiyyət üçün Azərbaycan İnternetinin spesifik problemlərinin də diqqətə çatdırılmasının əhəmiyyətli olacağını düşünür.

AİF ümid edir ki, bu cür sanballı beynəlxalq tədbirin keçirildiyi ərəfədə  hökumətin və İnternet ictimaiyyətinin səylərinin Azərbaycan İnternetinin aktual problemlərinin həlli istiqamətdə gücləndirilməsi ölkədə İnternetin inkişafına ciddi təkan verəcək.

AİF-in toplantısında Azərbaycan İnternetinin inkişafını ləngidən əsas problemlər və inkişafa təkan verəcək məsələlər ətrafında fikir mübadiləsi də aparılıb və ölkənin İnternet ictimaiyyətinin fəallığının artırılmasının faydalı olacağı bildirilib. Xüsusən milli domen adının (.az domeninin) qeydiyyatı, regionlarda internetə əlçatımlıq, İnformasiya təhlükəsizliyi, o cümlədən uşaqların təhlükəsizliyinin qorunması, elektron hökumət quruculuğu və İnformasiya açıqlığı sahəsində  problemlərin aktual olması diqqətə çatdırılıb.   Bununla bağlı  hökumətə və cəmiyyətə müraciətin hazırlanması, cari ilin oktyabr ayında geniş ictimai müzakirənin keçirilməsi vacib hesab olunub.

    
 

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə