Previous Next
Bağla

“Innostart” layihəsinin “DemoDay” tədbirləri uğurla keçirilib

23-07-2025 21:15
“Innostart” layihəsinin “DemoDay” tədbirləri uğurla keçirilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, "SUP VC" şirkətinin təşkilatçılığı ilə regionlarda “Innostart” layihəsinin inkubasiya mərhələsinin “DemoDay” tədbirləri uğurla baş tutub. “DemoDay” tədbirində yerli dövlət və özəl təşkilatların nümayəndələri, innovasiya sahəsindən ekspertlər və müxtəlif startap təsisçiləri qatılıblar.

Xeberler.az bildirir ki, “Innostart” inkubasiya proqramı çərçivəsində ümumilikdə 32 startap qurulub. Onların 29-u MVP (Minimum Viable Product) mərhələsinə yüksələrək, ilkin məhsullarını bazara təqdim etməyə hazırdırlar. Həmçinin, 14 startap artıq ilkin satış həyata keçirmiş və aktiv satış prosesləri davam etdirməkdədir. Regionlar üzrə startapların bölgüsü belədir: Sumqayıtda 10, Gəncədə 7, Lənkəranda 7, Naxçıvanda isə 8 startap fəaliyyət göstərir.

Proqram müddətində iştirakçılar üçün iki fərqli inkubasiya mərhələsi təşkil olunub. Bu mərhələlərdə onlara biznes modellərinin inkişafı, məhsulun təkmilləşdirilməsi, bazar araşdırması və investorlarla əlaqələrin qurulması kimi sahələrdə dəstək göstərilib. Ümumilikdə 24 müxtəlif təlim keçrilmiş, startapların bacarıqları artırılıb və bazar şərtlərinə uyğunlaşmaları təmin edilib. Bundan əlavə, iki fərqli istiqamətdə individual mentorluq proqramları həyata keçirilib ki, bu da layihələrin spesifik problemlərinin həllində iştirakçılara kömək edib.

Regional "DemoDay" tədbirləri startapların təqdimatları üçün geniş imkanlar təqdim edib. Növbəti mərhələdə startaplar öz ideyalarını “Grand DemoDay” tədbirində təqdim edəcəklər.“Grand DemoDay” tədbiri çərçivəsində çıxışı ilə fərqlənən ən yaxşı 4 startap ümumilikdə 50 000 manat mükafat qazanacaq. Bu, innovativ ideyaların dəstəklənməsi və reallaşdırılması üçün mühüm stimuldur.

Bu inkubasiya proqramları regionlarda startap ekosisteminin inkişafına, gənc təşəbbüskarların dəstəklənməsinə və innovasiya yönümlü iqtisadiyyatın formalaşmasına mühüm töhfə verir. Layihənin uğurla keçirilməsi gələcəkdə belə təşəbbüslərin genişləndirilməsi və innovativ layihələrin artmasına zəmin yaradır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Fərid Osmanov: İnnovasiya bir şəhərə bağlı olmamalıdır

20-08-2025

Yeni startap layihələri təqdim olunub

20-02-2024

“İnnostart” layihəsinin “Grand Final” mərasimi baş tutub

21-08-2025

İnvestorlar üçün real startap fürsətləri

20-02-2021

"INNOLAND" və "Nextstep”in birgə təşkilatçılığı ilə "Pre-inkubasiya" proqramı başlayır

09-06-2022

KOBİA startapların inkişafı üçün yeni proqramlar tətbiq edəcək

01-12-2025

“Azərkosmos” ilk “Milli Kosmik İnkubasiya” proqramına başlayıb

14-05-2026

Azərbaycanda ilk dəfə olaraq regional startap mərkəzləri yaradılır

04-11-2022

İRİA tərəfindən Sumqayıt gənclərinə 10 min manat dəyərində mükafat

10-04-2025

AzTU İnkubasiya Mərkəzinin infosessiyası keçirilib

13-03-2026

“ConstructionTech Incubation” proqramının qalibləri müəyyənləşdirilib

12-01-2026

V “TUSİ” İnkubasiya proqramına qeydiyyat davam edir

05-03-2026

Gəncədə Hackathon-a start verilib

23-09-2019

Hackathon Şamaxı uğurla başa çatdı

13-02-2020

Hackathon Gəncə başa çatıb

28-09-2019

EcomX E-ticarət Proqramının birinci mərhələsi başa çatıb

08-05-2025

Şamaxıda Hackathon-a start verildi

11-02-2020

Bakcell və INNOLAND arasında əməkdaşlıq müqaviləsi imzalandı

21-12-2018

Azercell və ADA Universiteti “İdeya İnkubasiyası Proqramı”nın növbəti etapına start verir

25-01-2025

Startaplar üçün “IGNITE” İnkubasiya Proqramına start verilib

15-01-2024

Əvvəlki “Startap Günlərinin” iştirakçı komandaları ilə görüş keçirilib

05-03-2026

Bakıda Startap Günləri keçiriləcək

07-02-2018

ABB İnnovasiya Mərkəzinin daha 10 startapı investorlara təqdim edildi

01-07-2022

AzTU İnkubasiya Mərkəzində “Startap Günləri” keçiriləcək

20-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə