Xiaomi təqlid olunmaqdan narahatdır

13-01-2015 / 16:53

Apple modellerini təqlid edən və buna görə də dünyanın bir nömrəli markası olmağı bacaran Xiaomi şirkəti özünün də təqlid ediləcəyindən qorxur. 

Çin ölkəsində təqlid etmək geniş yayıldığı üçün artıq telefon modellərindən əlavə mağazaların da oxşarları yaradılır. Xiaomi-ni təqlid edən firmalar, Xiaomi-nin logo və mağazarının eynisini açaraq onlardan kopyaladığı telefonları satır. Amerika başda olmaqla bir çox ölkələr neçə illərdir Çinə müəllif haqqlarını pozduğuna görə xəbərdarlıq edir. Ancaq buna baxmayaraq ölkədə oxşar məhsulların sayı durmadan artır.

Öncə Çin bazarında yetişən Xiaomi şirkəti daha sonra dünya bazarına çıxıb.

Şirkət Apple məhsullarını yamsılayır. Apple -ın iPhone-larını yamsılayan kompüterdə isə Mac-ı özünə nümunə götürən şirkət  öz məhsullarının təqlidindən çox narahatdır.

Şirkətin icraçı direktoru Lei Jun sosial şəbəkədən bildirib ki, onun şirkəti məhsullarını onlayn olaraq sayt üzərindən satır və mağazalarda satılan cihazlar onların məhsullarına aid deyil. Bu xəbərin saxta cihaz alıcılarına necə təsir edəcəyi hamının diqqət mərkəzindədir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə