270 km/saat sürətlə hərəkət edən qatarda İnternet

25-12-2008 / 09:06

Tezliklə yapon telekommunikasiya nəhəngi NTT Communications sərnişinlərə saatda 270 km-ə qədər yol qət edən N700 qatarları təqdim edəcək ki, burada bütün yol boyu internetə çıxış mümkün olacaq. Ilk belə texnologiya ilə təchiz olunmuş qatar iki böyük Yaponiya şəhəri - Tokio və Osaka arasında hərəkət edəcək.

Xidmət haqqı gün ərzində 500 iyen (5,73 dollar) olacaq. CyberSecurity.ru-nun yazdığına görə, qatarın daimi sərnişinlərinə 1600 iyenlik (19,25 dollar) aylıq abunə haqqı təklif olunacaq.

Əvvəllər HotSpot internet-servisindən istifadə yalnız mağazalar, restoranlar, otellər və digər  hərəkətsiz yerlərdə mümkün idi. Indi isə şirkət 270 km/saat sürətlə hərəkət edən qatarda əlaqənin mümkünlüyünü sınamaq istəyir. Internetin işləmə sürəti saniyədə 2 meqabit olacaq.

WiFi-siqnalları sərnişinlərin noutbuk və cib cihazlarından qatarda olan xüsusi nöqtəyə ötürüləcək. Həmin nöqtə isə məlumatları Tokiodan Osakaya gedən qatarın hərəkəti  boyu quraşdırılmış 17 sabitlikli ötürücülərə ötürəcək.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.