iPhone-dan yeni funksiyalar

07-10-2008 / 15:49
iPhone 2.2 versiyasına yeni funksiyalar əlavə olunub. Bu versiyada bir çox səhvlər düzəldilib və təkmilləşdirilmələr aparılıb.
Birinci yenilik - Google Maps funksionallığının genişlənməsidir. Indi iPhone istifadəçiləri marşrut hərəkət edən zaman küçələrə baxa bilər və əvvəlcədən getdiyi küçələrin necə göründüyünü öyrənə bilərlər.
Ikinci yenilik -  sözlərin avto-korrektəsi ləğv olunub. Indi Apple əməkdaşları, pərəstişkarlarının istəyi ilə  həmin funksiyanı bağlayıblar. Belə ki, avto-korrektə rahatlıq əvəzinə maneə törədirdi.
Yaponiya sakinlərinə aid olan üçüncü dəyişiklik isə yapon “smaylik”lərinin (emoji) dəstəklənməsidir. Apple-in qənaətinə görə, bu yenilik, iPhone-nin satışının Yaponiyada artmasına səbəb olacaq.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə