ADİU-ya yeni startap layihələr cəlb olunur

19-06-2015 / 10:46

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov ADİU-nun İnnovativ Biznes İnkubatorunun startapçıları ilə görüşüb.

Universitetin mətbuat ximdətindən Xeberler.az-a verilən məlumata görə, tədbirdə Biznes İnkubatorunun startaplarının icra vəziyyəti barədə məlumat verilib. Onların biznes aspekti baxımından səmərəliliyi təhlil edilib. Layihələrin mənfəət göstəricilərinin artırılması yolları müzakirə edilib. Qarşıya çıxan manələrin aradan qaldırılması üçün görüş iştirakçıları təkliflərlə çıxış edib, öz tövsiyyələrini veriblər.

Sonra ADİU və digər universitet tələbələri yeni layihələrinin təqdimatını keçirib. Təqdim olunan layihələr əsasən maliyyə təlimləri və xidmət sektorunu əhatə edib. Startapçı olmaq istəyən gənclər layihələrinin əhəmiyyətindən danışıblar.

Universitet rektoru, professor Ə.Muradov ADİU tərəfindən bundan sonra da startapçıları dəstəklənəcəyini bildirərək, yeni layihələrin daha da təkmilləşdirilməsi istiqamətində tövsiyələrini verib.

Məltəm Talıbzadə 

 

 

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə