Previous Next
Bağla

Startap məktəbləri fəaliyyətə başlayacaq

28-11-2015 17:40
Startap məktəbləri fəaliyyətə başlayacaq

Yanvarın 29-dan başlayaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Startap məktəbləri fəaliyyətə başlayacaq.

Bu barədə bu gün  ADNSU-da  səfərdə olan Ukrayna Milli Texniki Universitetinin nəzdində fəaliyyət göstərən İnformasiya Texnologiyaları və Təhsil İnstitutunin direktoru İnna Malyukova və İsraildə Biznes İnkubatorun direktoru, startap sahəsi üzrə  təlimçi İqor Peer  tələbələrlə görüş zamanı bilidirib.

Universitetin mətbuat xidmətindən Xeberler.az-a verilən məlumata görə, tədbiri  universitetin rektoru Musatafa Babanlı açıb və qonaqları təqdim edib.

İqor Peer Startap layihələrinin xarakteri və bu istiqamətdə qurulan biznes barədə məlumat verib, beynəlxalq təcrübəsini bölüşüb.

O, startap layihələri çərçivəsində gənclərin öz biznes ideyalarını gerçəkləşdirmələri üçün əvvəlcə problemlərin görülməsini və məqsədə nail olmaq üçün doğru, dəqiq addımların atılmasının vacibliyini vurğulayıb. Əks halda uğursuzluğun qaçılmaz olduğunu deyən İqor Peer hesab edir ki, innovasiya məhz insan üzərində qurulur və bu onun fikirləri, ideyalarıdır.

Biznesmen hesab edir ki, əgər kimsə öz biznesini qurmaq istəyirsə dəqiq hesablanmış proqram və planla birgə, həm də yaxşı işləməlidir:

“Startap ideyadan, biznesdən başlayır. Biz startap layihələri ilə innovasiyaları öyrənmək istəyirik. İstəyirik ki, insanlar innovativ düşünsünlər və məsələlərə innovativ yanaşmaqla bu prosesdə hansı işlərin görülməsini öyrənsinlər. Startap - ideyanı milyonlarla ölçülən biznesə çevirən xəttir. Startap axtarılır, alınır və inkişaf edir”.

Startap məktəblərinin açılması və qurulması metodları barədə ətraflı məlumat verən İqor Peer daha sonra startap layihəsinin ADNSU-tələbələri üçün maraqlı olacağını deyib və  bu barədə  tələbələrin  suallarını cavablandırıb.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ADNSU-da startap məktəbinin ilk buraxılış festivalı keçirilib- Foto

01-07-2016

ADNSU-da Startap məktəbi fəaliyyətə başladı- Fotolar

29-01-2016

ADNSU-da startap məktəbi fəaliyyətə başlayır

28-01-2016

Startap Azərbaycan sabah Texniki Universitetin tələbələri ilə görüş keçirəcək

06-04-2015

Qalib startaplar təqdimat edib-Foto

04-11-2016

Ukrayna Azərbaycanın startap ekosistemində yer tutmaq istəyir

05-06-2015

Startap Azərbaycan Texniki Universitetin tələbələri ilə görüş keçirəcək

03-04-2015

Növbəti Startap Günlərinin keçiriləcəyi universitet açıqlandı

28-02-2018

Azərbaycanda Startap Günləri keçiriləcək

08-10-2015

Bakıda Startap Günləri keçiriləcək

07-02-2018

Növbəti Startap Günlərinə hazırlıqlar davam edir

07-03-2018

ADİU-ya yeni startap layihələr cəlb olunur

19-06-2015

Startap Günlərinin proqramı açıqlandı

30-03-2018

Startap Günlərinə qeydiyyat başlayıb

19-10-2015

ADNSU-nun tərkibində İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb

24-11-2025

Startap Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri ilə görüş keçirəcək

31-03-2015

UNEC-də Startap günləri keçiriləcək

26-04-2019

Startap və Texnologiya Transferi Mərkəzi yaradılacaq

24-09-2019

Startap Günlərinə hazırlıqla bağlı görüş keçirilib

26-06-2018

UNEC-də Startap Günlərinə hazırlıqla bağlı görüş keçirilib

23-05-2018

UNEC-də Startap Günləri keçiriləcək

15-05-2018

Növbəti Startap Günlərinin proqramı açıqlandı

18-05-2018

Startapçılar millət vəkilləri ilə görüşəcək

04-11-2016

II Startap və İnnovasiya Festivalı keçirilib-Foto

16-06-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə