Previous Next
Bağla

Universitetlər kağız sənədlərdən imtina edirlər

04-06-2015 12:24
Universitetlər kağız sənədlərdən imtina edirlər

 Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Elektron sənəd dövriyyəsinin tətbiqi” nin təqdimatı keçirilib.

Xeberler.az-ın məlumatına görə, tədbirdə ADİU-nun rektoru, professor Ədalət Muradov , Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz, həmçinin ali təhsil müəssisələrinin rəhbərləri və təhsil müəssisələrinin nümayəndələri də iştirak edib.

Tədbirdə ADİU-nun rektoru, professor Ədalət Muradov çıxış edərək Universitetdə İKT-nin tətbiqinin, xüsusilə də cəmi bir ay öncə tətbiq edilməyə başlanan Elektron sənəd dövriyyəsinin qənaətçillik, çeviklik və şəffaflıq baxımından xeyli faydalı olduğunu diqqətə çatdırıb.

O , digər Universitetlərə də bu istiqamətdə köməklik göstərməyə hazır olduqlarını bildirib.

Mərasimdə Ultra şirkətinin nümayəndələri Anar Məmmədov və Rövşən Ağakərimov elektron sənəd dövriyyəsinin fəaliyyət istiqamətləri barədə iştirakçılara geniş təqdimat ediblər.

 Hazırlanan sistemin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a tam uyğunlaşdırıldığı bildirilib.

İştirakçılara məlumat verilib ki, sistem üzərindən yür kürəsinin istənilən yerində sənədə icazə almaq, imzalamaq və ya gözdən keçirmək mümkündür.

Ultra şirkətinin təqdimatında qeyd edilib ki, mobil cihazlarda sistemdən istifadə edərkən səyahətdə , ezamiyyətdə,  iclasda və işdən kənarda olduqda sənədlərlə bağlı bütün işləri icra etmək mümkündür. Bildirilib ki, sistem Azərbaycan və rus dilində işləyir, xüsusi “CPen” qələm skaynerdən istifadə etməklə kağızda mövcud olan mətnləri skan etmək, bütün rəsmi sənədlərin elektron bazasını və bu sənədlərin elektron arxiv modulunda təhlükəsiz saxlamaq imkanı yaradır.

Təqdimatçılar sistemin hazırlanmasında və istifadəsində Oracle, DELPHİ və Java texnologiyalarından, BULUD platformasından, həmçinin Microsoft ,HP və Cisco avadanlıqları və proqram təminatlarından istifadə edildiyini diqqətə çatdırıblar.

 Təqdimatdan sonra Ultra şirkətinin nümayəndələri təhsil müəssisələrinin məsul şəxslərinin və ekspertlərin suallarını cavablandırıblar.

Ultra şirkətinin adı çəkilən sistemi artıq Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasyalaşdırılması İdarəsində, RYTN-nin Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzində, İqtisadiyyat və Sənaye Nazirliyində, Maliyyə Nazirliyində, Heydər Əliyev Fondunda tətbiq edilməkdədir.

 

 

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ADİU-da elektron sənəd döviyyəsi sisteminin təqdimatı keçirilir

04-06-2015

Elektron Sənəd Dövriyyəsinin təqdimatı olacaq

30-09-2015

Elektron sənəd dövriyyəsi sistemi təqdim olunacaq

12-10-2015

Təhsil müəssisələri arasında qarşılıqlı informasiya mübadiləsi necə qurulub?

04-11-2015

Elektron sənəd dövriyyəsi sistemi təqdim olundu

14-10-2015

Mikayıl Cabbarov onlayn radionun açılışında

22-09-2015

Prezident İcra hakimiyyətləri haqda 3 fərman verib–Dəyişikliklər

16-07-2016

ADİU-ya yeni startap layihələr cəlb olunur

19-06-2015

“Elektron sənədlərin mübadiləsi Qaydası”nda dəyişiklik olunub

07-01-2016

Elektron sənədlərlə kargüzarlığın aparılması qaydaları qəbul edildi

15-07-2015

Azərbaycan təhsilində yenilik: mobil robotlar hazırlanır

01-07-2015

İKT-nin təhsildə tətbiqinin motivasiya sisteminin müzakirəsi keçirilib

26-11-2008

Ultra şirkəti elektron idarəetmənin tətbiqi ilə bağlı keçirilən tenderdə qalib gəlib

25-09-2009

Elektron İmza layihəsinin pilot versiyasının təqdimatı keçirilib

14-04-2009

Bu universitetdə də tələbə imtahan cavabını onlayn öyrənəcək

17-01-2018

“Elektron Təhsil” müsabiqəsinin yekunları müzakirə olunub

21-12-2015

Ali təhsilin informasiyalaşması müzakirə olunub - Foto

17-01-2017

Elektron sənədlərlə bağlı kargüzarlıq yeni mühit yaradacaq

22-07-2015

Elektron xidmətlərin kütləviləşməsi müzakirə olunub

26-05-2015

UNEC tələbələrinə Smart tələbə kartları təqdim olunub

01-11-2019

UNEC tələbələrinə innovativ və operativ xidmət: Bir pəncərə

21-05-2019

Regionlarda texnologiyaların tətbiqi genişlənir

09-11-2017

ADİU-da Elektron Apellyasiya xidməti yaradılıb

27-05-2015

İcra Hakimiyyətlərində vahid elektron informasiya sistemi yaradılır

29-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə