Previous Next
Bağla

ADNSU-da startap məktəbinin ilk buraxılış festivalı keçirilib- Foto

01-07-2016 10:02
ADNSU-da startap məktəbinin ilk buraxılış festivalı keçirilib- Foto

İyunun 30-da ali təhsil müəssisələri arasında ilk olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yaradılan Startap məktəbinin buraxılış festivalı keçirilib.

Xeberler.az-ın məlumatına görə, festivalda universitetin rektoru, professor Mustafa Babanlı başda olmaqla müəllim və tələbələr, fəxri qonaqlar - təhsil naziri Mikayıl Cabbarov, Prezident Admnistrasiyasının humanitar şöbəsinin rəhbəri Fatma Abdullazadə, Qafqaz Universitetinin rektoru Əhməd Saniç, o cümlədən digər universitet və müəssisələrdən olan nümayəndələr, eləcə də Ukrayna Milli Texniki Universitetinin nəzdində fəaliyyət göstərən İnformasiya Texnologiyaları və Təhsil İnstitunun direktoru İnna Maryukova, İsraildən olan startap təlimçisi İqor Peer və sair iştirak ediblər.

Təqdimat ADNSU rektorunun müşaviri Rusif Hüseynov tərəfindən aparılıb. İlkin olaraq universitetin rektoru, professor Mustafa Babanlı çıxış edib. Rektor innovativ ideyalara söykənən belə br layihənin məhz ADNSU-da gerçəkləşməsinin qürurverici və məsuliyyət yükü daşıdığını ifadə edib, layihənin həyata keçirilməsi prosesində əməyi və dəstəyi olan insanlara təşəkkürünü bildirib.

Prezident Admnistrasiyasının Humanitar şöbəsinin rəhbəri  F.Abdullazadə startap məktəbin universitetə yeni nəfəs verəcəyinə, yeni uğurların əldə olunmasına dəstək olacağına inandığını deyib. ADNSU-nun Azərbaycanın təhsil sistemində öz rolu və dəsti-xəttinin olduğunu vurğulamaqla şöbə rəhbəri diqqəti burada təhsil alan xarici vətəndaşların səviyyəsinin hər zaman yüksək olmasına yönəldib.

Təhsil naziri Mikayıl Cabbarov startap məktəbinin ADNSU kimi nüfuzlu bir təhsil müəssisəsində həyata keçirilməsinin əhəmiyyətini vurğulamaqla, layihənin məqsədləri, bütövlükdə dövlətimizə, təhsil sisteminə verə biləcəyi töhfələrdən danışıb.

Nazir Azərbaycan Təhsil sistemində startap məktəblərinin məqsəd və səmərəliliyi barədə fikirlərini bildirib. Nazirin çıxışında ölkənin iqtisadi innovativ inkşafının Azərbaycanda, hökumət, universitet və akademik elm və yüksək texnologiyalı sənaye səviyyəsində qarşılıqlı faydalı əməkdaşlıq üzərində qurulmuş yeni innovativ ekosistemi yaratmaq yolu ilə sürətləndirilməsi qeyd edilib.

Daha sonra R.Hüseynov startap məktəbinin yaranma və fəaliyyət tarixçəsi haqqında qısa məlumat verib. Bildirilib ki, startap məktəbləri ölkənin müəllim, tələbə, aspirant, ixtiraçıları üçün tədris mərkəzi olub, praktik bacarıqlar verir və yüksək texnologiyalı startap lahiyələrinin buraxılmasını təmin edir.

Biznes inkubatorları şəbəkəsi startap şirkətlərinə ilkin mərhələdə dəstək mərkəzi olub (təşkilati, hüquqi, infrastruktur, konsultativ, mühasibat baxımından), prototiplərin və kiçik seriyalı istehsalatın başlanmasına yardım edir. Layihələrdə nəzərdə tutulan son məhsullar, prototiplər və s. hazırlanaraq, onların kütləvi istehsalı və tətbiqinə başlanacaq.

Sonra İnna Maryukova Kiyevdə yaradılan startap məktəbinin təcrübəsinə əsaslanaraq layihə çərçivəsində görülən işlər və onun istiqamətləri barədə danışıb. O, bu layihənin ölkəsində uğura imza ata bildiyini deyib və belə bir nəticənin Azərbaycanda - ADNSU-da da əldə olunacağına inandığını söyləyib.

İ.Peer startap layihələrinin xarakteri və bu istiqamətdə qurulan biznesin incə nüanslarının təqdimatını edib. O, startap layihələri çərçivəsində gənclərin öz biznes ideyalarını gerçəkləşdirmələri üçün əvvəlcə problemlərin görülməsini və məqsədə doğru dəqiq addımların atılmasının vacibliyini vurğulayıb. İ.Peer bildirib ki, startap ideyadan, biznesdən başlayan, ideyanı milyonlarla ölçülən biznesə çevirən xəttir.

Festivalda 15 startapçı öz layihələrini təqdim edib. Hər bir layihə müəllifi ayrı-ayrılıqda öz ideyalarının əhəmiyyətini qeyd edib. Ümumilikdə ilkin ideyalar olaraq layihələr rektor və digər iştirakçılar tərəfindən maraqla qarşılanıb. Daha sonra qonaqlar ADNSU-da fəaliyyətdə olan İnkubasiya, Azİİ-İT Club mərkəzləri ilə tanış olublar.

 

Məltəm Talıbzadə

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Startap məktəbləri fəaliyyətə başlayacaq

Startap məktəbləri fəaliyyətə başlayacaq

28-11-2015
ADNSU-da Startap məktəbi fəaliyyətə başladı- Fotolar

ADNSU-da Startap məktəbi fəaliyyətə başladı- Fotolar

29-01-2016
 II Startap və İnnovasiya Festivalı keçirilib-Foto

II Startap və İnnovasiya Festivalı keçirilib-Foto

16-06-2017
ADNSU-da startap məktəbi fəaliyyətə başlayır

ADNSU-da startap məktəbi fəaliyyətə başlayır

28-01-2016
Rektor: “2 mindən çox tələbə İT ixtisaslar üzrə təhsil alır”

Rektor: “2 mindən çox tələbə İT ixtisaslar üzrə təhsil alır”

18-04-2018
Müəllim və tələbələr “böyük məlumatların emalı sistem”ni yaratdı

Müəllim və tələbələr “böyük məlumatların emalı sistem”ni yaratdı

06-01-2023
ADNSU-nun tərkibində İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb

ADNSU-nun tərkibində İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb

24-11-2025
Qalib startaplar təqdimat edib-Foto

Qalib startaplar təqdimat edib-Foto

04-11-2016
ADNSU-da İKT karyera trendləri mövzusunda konfrans keçirilib

ADNSU-da İKT karyera trendləri mövzusunda konfrans keçirilib

28-11-2018
Frankofoniya həftələrinin yekun konserti Bakcell-in dəstəyilə keçirilib

Frankofoniya həftələrinin yekun konserti Bakcell-in dəstəyilə keçirilib

23-04-2019
ADNSU ilə İRİA-nın əməkdaşlığı genişlənir

ADNSU ilə İRİA-nın əməkdaşlığı genişlənir

18-04-2025
Ukrayna və Azərbaycan startap ekosistemi müzakirə olundu

Ukrayna və Azərbaycan startap ekosistemi müzakirə olundu

08-06-2015
BŞTİ və AzTU startap layihələrlə bağlı əməkdaşlığa başlayır

BŞTİ və AzTU startap layihələrlə bağlı əməkdaşlığa başlayır

27-01-2023
ADİU-ya yeni startap layihələr cəlb olunur

ADİU-ya yeni startap layihələr cəlb olunur

19-06-2015
4SİM və ADNSU arasında əməkdaşlıq imkanları müzakirə olunub

4SİM və ADNSU arasında əməkdaşlıq imkanları müzakirə olunub

05-09-2025
Növbəti Startap Günlərinin keçiriləcəyi universitet açıqlandı

Növbəti Startap Günlərinin keçiriləcəyi universitet açıqlandı

28-02-2018
Ukrayna Azərbaycanın startap  ekosistemində yer tutmaq istəyir

Ukrayna Azərbaycanın startap ekosistemində yer tutmaq istəyir

05-06-2015
Bakıda Startap Günləri keçiriləcək

Bakıda Startap Günləri keçiriləcək

07-02-2018
Startap Günlərinə hazırlıqlar davam edir

Startap Günlərinə hazırlıqlar davam edir

11-02-2018
UNEC-də Startap Günləri keçiriləcək

UNEC-də Startap Günləri keçiriləcək

15-05-2018
ADNSU beynəlxalq konfransa hazırlaşır

ADNSU beynəlxalq konfransa hazırlaşır

18-07-2018
Azərbaycanda Startap Günləri keçiriləcək

Azərbaycanda Startap Günləri keçiriləcək

08-10-2015
ADNSU ilə “Bayraktar Teknoloji Azərbaycan” memorandum imzalayıb

ADNSU ilə “Bayraktar Teknoloji Azərbaycan” memorandum imzalayıb

15-05-2025
Peşə Təhsil Mərkəzində Startap Günləri keçiriləcək

Peşə Təhsil Mərkəzində Startap Günləri keçiriləcək

21-06-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə