Ali təhsil innovasiyada necə rol oynayır?

30-11-2017 / 13:02

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Bankının Ali Təhsil Sektoru üzrə Missiyası ilə birlikdə “Ali Təhsilin İnnovasiyada Rolu” mövzusunda seminar keçirilib.

Xeberler.az-ın məlumatına görə, seminarda dövlət qurumlarının nümayəndələri, universitetlər və tədqiqat institutlarının 30 - dan artıq nümayəndəsi iştirak edib.

Seminarda açılış nitqində çıxışı zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, innovasiya yönümlü inkişaf Strateji Yol Xəritələrində də xüsusi qeyd edilib:

“Əsas məqsəd elm –təhsil-biznes ekosisteminin və əmək resurslarının qlobal və yerli trendlərə uyğun inkişafıdır. Azərbaycanda innovativ sahibkarlığın inkişafı məhz qlobal bazarların tələbinə uyğun qurulmalıdır".

V. Qasımlı həmçinin bildirib ki, ölkədə innovasiya siyasətində dünya təcrübəsinə uyğun institutsional koordinasiya mümkündür.

Qeyd edək ki, “Ali Təhsilin İnnovasiyada Rolu” mövzusunda keçirilən seminar bir neçə istiqamət üzrə aparılıb.

Seminarın elmi tədqiqatların maliyyələşdirilməsi üzrə qlobal tendensiyaların nəzərdən keçirilməsi ilə bağlı müzakirələrin aparıldığı hissəsində tədqiqatın mövcud vəziyyəti, maliyyələşdirilməsi üzrə təqdimat iştirakçıların böyük marağına səbəb olub.

Həmçinin bu istiqamətdə davam edən islahatlar, əsas problemlər və imkanlardan danışılıb. Azərbaycanda texnologiyaların ötürülməsi üçün əlverişli mühit üzrə qlobal tendensiyalar mövzusu geniş müzakirə olunub.

Qeyd edilib ki, Azərbaycanda intellektual mülkiyyət sisteminin tətbiqi, kommersializasiya üçün təşviqedici amillər, özəl sektor ilə əlaqələrin yaradılması bu sahənin inkişafı üçün vacib amillərdir.

Dünya Bankının digər nümayəndəsi İvona Borovikin təqdimatında isə bacarıqların inkişaf etdirilməsi, sahibkarlığın təşviqi və innovasiya sisteminin idarə olunmasından danışılıb.

Xeberler.az

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.