Previous Next
Bağla

Qlobal İnnovasiya İndeksi 2019 adlı müzakirə keçirilib

03-10-2019 12:56
Qlobal İnnovasiya İndeksi 2019 adlı müzakirə keçirilib

Xeberler.az bildirir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “QLOBAL İNNOVASİYA İNDEKSİ 2019” -da Azərbaycanın mövqeyi ilə bağlı müzakirə keçirilib. Müzakirədə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın aidiyyatı işçi qruplarının rəhbərləri və nümayəndələri iştirak edib. Qeyd olunan reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması üçün görülən işlər barədə dolğun məlumatların toplanılması, innovasiyanın inkişafı prosesində iştirak edən qurumların lazımı səviyyədə əlaqələndirilməsi və gələcək islahat tədbirləri haqqında müzakirələr aparılıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni iqtisadi modelə keçid əsasında aparılan iqtisadi islahatlarda qlobal innovasiyalar trendinə uyğunlaşma prioritet təşkil edir. O, Strateji Yol Xəritələrində də innovasiya yönümlü inkişafa xüsusi yer verildiyini, elektron hökümət və elektron məhkəmə, habelə təhsil və elm sahəsində görülən işlərdən danışıb: “Cənab Prezidentin tapşırığına uyğun olaraq nüfuzlu beynəlxalq məsləhətçi şirkətlər cəlb edilməklə innovasiya strategiyası hazırlanır, innovativ inkişaf sahəsində koordinasiya gücləndirilir, Dünya İqtisadi Formunun 4-cü Sənaye İnqilabı Mərkəzi ilə əməkdaşlıq qurulub, İnnovasiyalar Agentliyi fəaliyyətə başlayıb, EnterpriseAzerbaijan.com portalı və digər inkubasiya və akselerasiya mərkəzləri innovativ startapları dəstəkləyir. Bütövlükdə innovasiya ekosisteminin inkişaf etdirilməsi “Qlobal İnnovasiyalar Hesabatı”nda Azərbaycanın mövqelərinin güclənməsinə zəmin yaradacaq. Bunun üçün Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya çərçivəsində də müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılır.”

Azexport portalının rəhbəri Zaur Qardaşov müzakirə zamanı “Qlobal İnnovasiya İndeksi 2019” -da Azərbaycan Respublikasının mövqeyi və gələcək addımlar mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, Azərbaycanın mövqeyini digər ölkələrlə müqayisə etdikdə irəliləmək üçün potensialın olduğu aydınlaşır. Xüsusən innovasiya sahəsində son illərdə yaradılan infrastruktur və investisiya mühiti bunu deməyə əsas verir.

Qeyd edək ki, “Qlobal İnnovasiya İndeksi” ABŞ-ın Nyu-York ştatının İtaka şəhərində yerləşən Kornell Universiteti (Cornell University) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (World Intellectual Property Organization-WIPO) tərəfindən hazırlanır. 129 ölkəni əhatə edən bu reytinq geniş məlumatlar spektrini ehtiva edən 80 indikator əsasında tərtib olunur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Qlobal İnnovasiya İndeksi - 2024” hesabatında Azərbaycan üzrə göstəricilər müzakirə olunub

30-09-2024

Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun iclası keçirilib

11-07-2025

Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun növbəti iclası keçirilib

23-10-2024

Qlobal İnnovasiya İndeksinə cavabdeh işçi qrupların birgə iclası keçirilib

11-10-2023

“Qlobal İnnovasiya İndeksi 2024”də “Fiziki infrastruktur”la bağlı göstəricilər müzakirə olunub

02-10-2024

“Qlobal İnnovasiya İndeksi - 2023” hesabatı qurumlarla müzakirə olunub

19-10-2023

Azərbaycanın Qlobal İnnovasiya İndeksində mövqeyinin gücləndirilməsinə dair görüş keçirilib

27-05-2025

Ali təhsil innovasiyada necə rol oynayır?

30-11-2017

“Qlobal İnnovasiya İndeksi 2024”də texnologiya və innovasiyalarla bağlı göstəricilər ətraflı təhlil olunub

08-10-2024

Qlobal İnnovasiya İndeksinin göstəriciləri müzakirə edilib

17-05-2025

Azərbaycanın Doing Business hesabatında yenidən irəliləməsi gözlənilir

20-02-2019

İİTKM-də informasiya texnologiyaları şirkətlərinin rəhbərləri ilə görüş keçirilib

15-03-2021

İİTKM yeni internet portalını təqdim edib

05-04-2019

“Texnologiya və innovasiyalar” İşçi qrupunun iclası keçirilib

10-06-2025

Azərbaycan qlobal innovasiyalar reytinqində mövqeyini yaxşılaşdırıb

20-09-2021

“Qlobal İnnovasiya İndeksi 2024” ətraflı təhlil olunub

28-10-2024

“Qlobal İnnovasiya İndeksi-2020”-nin illik hesabatı açıqlanıb

23-02-2021

Günay Quliyeva: “Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 2 pillə yaxşılaşdırıb”

21-09-2021

Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

29-11-2018

Eelektron kargüzarlıq sisteminin tətbiqi ilə bağlı təlim keçirilib

29-05-2019

Elektron Hökumətin İnkişafı İndeksi üzrə fəaliyyət planı hazırlanıb

18-12-2024

Biznesə başlama üzrə İcra və Kommunikasiya Planı müzakirə olunub

23-08-2019

“Texnologiya və innovasiyalar” İşçi qrupunun növbəti iclası keçirilib

24-12-2024

Vüsal Qasımlı Azərbaycan portalını Silikon vadisində təqdim edib

28-09-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə