Previous Next
Bağla

Vüsal Qasımlı Gələcək üçün bacarıqlar: keçidin idarə edilməsi adlı beynəlxalq konfransda çıxış edib

23-11-2018 11:06
Vüsal Qasımlı Gələcək üçün bacarıqlar: keçidin idarə edilməsi adlı beynəlxalq konfransda çıxış edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı İtaliyanın Turin şəhərində Gələcək üçün bacarıqlar: keçidin idarə edilməsi mövzusunda keçirilən konfransda Azərbaycanı təmsil edib. Avropa Təlim Fondunun (ETF) təşkilatçılığı ilə baş tutan konfrans zamanı inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrin IV Sənaye İnqilabının çağırışlarına, o cümlədən bacarıqlar baxımından digər qlobal meyillərə reaksiya məsələləri müzakirə olunub.

Xeberler.az  bildirir ki, İİTKM-in icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda son illər ərzində aparılan iqtisadi islahatlar barədə ətraflı məlumat verib. 50-dən artıq ölkənin nümayəndələrinin iştirak etdiyi konfransda V.Qasımlı Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən Strateji Yol Xəritəsinin əhəmiyyətində danışıb. O bildirib ki, islahatlar çərçivəsində ölkənin dayanıqlı inkişafını təmin etmək məqsədilə insan kapitalının formalaşdırılması və ondan səmərəli istifadə əsas prioritet hesab edilir.

İcraçı direktor tədbir iştirakçılarını bu ilin oktyabr ayında təsdiqlənən “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” barədə də məlumatlandırıb. O, vurğulayıb ki, ölkəmizdə dinamik və uzunmüddətli iqtisadi tərəqqinin təmin edilməsi şəraitində insan kapitalının inkişafı, əhalinin məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, inklüziv əmək bazarının inkişafı və  layiqli əməyin təminatı baxımından yeni imkanlar yaradır. V.Qasımlı Azərbaycanın son 3
ildə özünüməşğulluq proqramının həyata keçirilməsi sahəsində də uğurlu təcrübə qazandığı tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, 2018-ci ildə 7 minə yaxşı işsiz və işaxtaran vətəndaşa dövlət tərəfindən öz bizneslərini qurumaq üçün əvəzsiz olaraq aktivlərin verilməsi planlaşdırılıb və hazırda bu istiqamətdə işlər gedir. Vətəndaşların bir hissəsi aktivlə təmin olunub. 2019-cu ildə isə özünüməşğulluq proqramının əhatə dairəsinin daha da genişləndirilməsi hədəflənir.

V.Qasımlı konfransda çıxışı zamanı www.enterpriseazerbaijan.com portalı barədə geniş məlumatlar təqdim edib. Bildirib ki, bu portal gənclərin sahibkarlıq təşəbbüslərinin təşviqi, startapların dəstəklənməsi və vençur kapitala çıxış imkanlarının genişləndirilməsi, maiyyə əlçatanlığının artırılması və özünüməşğulluq proqramlarnın əhatə dairəsinin genişləndirilməsi üçün unikal imkandır.

Həmçinin investisiya cəlbediciliyinin daha da artırılması məqsədilə ölkədə alternativ maliyyələşməyə açıq layihələr və yeni investisiya imkanları haqqında məlumatları əks etdirən, həmçinin investisiya layihələrini yerli və xarici investorların maliyyələşdirilməsi üçün əlverişli platformadır. Konfrasın sonunda təqdim olunan layihələr barədə geniş fikir mübadiləsi aparılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Vüsal Qasımlı Azərbaycan portalını Silikon vadisində təqdim edib

Vüsal Qasımlı Azərbaycan portalını Silikon vadisində təqdim edib

28-09-2018
Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

29-11-2018
Vüsal Qasımlı Parisdə Avrasiya həftəsi tədbirində çıxış edib

Vüsal Qasımlı Parisdə Avrasiya həftəsi tədbirində çıxış edib

20-11-2018
Rəqəmsal Ticarət Qovşağı Brüsseldə təqdim olundu

Rəqəmsal Ticarət Qovşağı Brüsseldə təqdim olundu

18-05-2017
Vüsal Qasımlı “Qlobal Beyin Mərkəzlərinin Əməkdaşlığı” tədbirində çıxış edib

Vüsal Qasımlı “Qlobal Beyin Mərkəzlərinin Əməkdaşlığı” tədbirində çıxış edib

23-09-2024
Vüsal Qasımlı Özbəkistan nümayəndə heyətini qəbul edib

Vüsal Qasımlı Özbəkistan nümayəndə heyətini qəbul edib

18-09-2024
EnterpriseAzerbaijan.com portalında startapçılarla görüş keçirilib

EnterpriseAzerbaijan.com portalında startapçılarla görüş keçirilib

19-03-2021
Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək

Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək

06-05-2021
Koreya azad olunmuş ərazilərdə sərmayə yatırmaqda maraqlıdır

Koreya azad olunmuş ərazilərdə sərmayə yatırmaqda maraqlıdır

05-04-2022
İİTKM BP ilə anlaşma memorandumu imzaladı

İİTKM BP ilə anlaşma memorandumu imzaladı

15-10-2018
Türkiyə və Azərbaycan KOB-un inkişafı sahəsində əməkdaşlıq edəcək

Türkiyə və Azərbaycan KOB-un inkişafı sahəsində əməkdaşlıq edəcək

04-03-2022
Vüsal Qasımlı təhsilini Harvard Universitetində davam etdirəcək

Vüsal Qasımlı təhsilini Harvard Universitetində davam etdirəcək

18-03-2021
Vüsal Qasımlı OECD nümayəndələrini qəbul edib

Vüsal Qasımlı OECD nümayəndələrini qəbul edib

30-10-2025
Azərbaycan Estoniya ilə kibertəhlükəsizliyi müzakirə edib

Azərbaycan Estoniya ilə kibertəhlükəsizliyi müzakirə edib

15-11-2022
İsveçrənin Əməkdaşlıq İdarəsinin regional direktoru İİTKM-də olub

İsveçrənin Əməkdaşlıq İdarəsinin regional direktoru İİTKM-də olub

16-03-2021
Sahibkarlığın diversifikasiya və inkişafı adlı konfrans keçirilib

Sahibkarlığın diversifikasiya və inkişafı adlı konfrans keçirilib

29-03-2019
İİTKM və Nottingem Universiteti arasında əməkdaşlıq gücləndirilir

İİTKM və Nottingem Universiteti arasında əməkdaşlıq gücləndirilir

24-06-2025
Rəqəmsal ödənişlərlə bağlı dövlət proqramının 25 faizi icra olunmayıb

Rəqəmsal ödənişlərlə bağlı dövlət proqramının 25 faizi icra olunmayıb

08-12-2021
Vüsal Qasımlı Oksford Universitetində məruzə ilə çıxış edib

Vüsal Qasımlı Oksford Universitetində məruzə ilə çıxış edib

07-07-2025
İİTKM-də qeyri-səlis modelləşdirmə və süni intellekt müzakirə olunub

İİTKM-də qeyri-səlis modelləşdirmə və süni intellekt müzakirə olunub

17-07-2025
Vüsal Qasımlı: "Azərbaycan rəqəmsal ticarətin asanlaşması üzrə ilk pillədədir"

Vüsal Qasımlı: "Azərbaycan rəqəmsal ticarətin asanlaşması üzrə ilk pillədədir"

14-04-2021
İİTKM-də informasiya texnologiyaları şirkətlərinin rəhbərləri ilə görüş keçirilib

İİTKM-də informasiya texnologiyaları şirkətlərinin rəhbərləri ilə görüş keçirilib

15-03-2021
Vüsal Qasımlı UNESCAP-ın koordinatoru təyin olundu

Vüsal Qasımlı UNESCAP-ın koordinatoru təyin olundu

30-06-2021
İİTKM və Dünya Bankı  təlimlərə başlayıb

İİTKM və Dünya Bankı təlimlərə başlayıb

31-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə