Apple sürücüsüz avtomobil yaradır?

10-01-2016 / 12:53

Məlumat verdiyimiz kimi, bir müddətdir ki, xarici mediada  Apple şirkətinin sürücüsüz avtomobil üzərində çalışdığı müzakirə edilir.

Apple şirkəti “apple.car”, “apple.cars” və “apple.auto” olmaq üzrə avtomobil sektoru ilə bağlı 3 domen satın alıb.

Xeberler.az bildirir ki, xarici mediada yayımlanan məlumatlara görə, domenləri ötən ay qeydiyyatdan keçirən Apple hələ onları istifadəyə verməyib.

Qeyd edilir ki, bir ildir elektrikli avtomobil üzərində çalışan Apple-ın layihəsi  Apple Car adlanır.

Şirkətin Titan kod adı ilə elektrikli və sürücüsüz avtomobil üzərində çalışdığı xarici medianın gündəmini zəbt edib.

İddia olunur ki, Apple sürücüsüz avtomobilini Kaliforniyada sınaqdan keçirir.

Şirkət tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə