Apple məhsullarını öz ekran texnologiyası ilə hazırlayacaq

17-12-2015 / 14:56

Məlum olduğu kimi, Apple istehsal etdiyi məhsullarının ekranını Samsung və Sharp kimi xarici firmalardan satın alır.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, Apple digər şirkətlərdən asılılığı azaltmaq və öz texnologiyasını inkişaf etdirmək qərarına gəlib.

Buna səbəb bir müddət öncə Samsung şirkətinin Apple-dan ekran texnologiyasını dəyişdirməsinə hazırlaşması olub. Bu, Apple cəbhəsində elə də yaxşı qarşılanmayıb və Apple gələcək iPhone və iPad ekranlarında öz texnologiyasını istifadə üçün Tayvanda 50 mühəndisin olduğu laboratoriyasını istifadəyə verib.

Məlumata görə, Apple enerjiyə qənaət məqsədi ilə daha çox həssas bir ekran texnologiyası üzərində işə başlayıb.

Bu inkişafı iPhone 7 -də görə bilməsək də, gələcək Apple iPhoneiPad-lərdə yeniliyi görə biləcəyik. 

Qeyd edək ki, Apple laboratoriyasında çalışan mühəndislər yerli bazarda fəaliyyət göstərən AU Optronics və Qualcomm digər şirkətlərdən transfer edilib.

 Apple-ın məqsədi bu laboratoriyada çıxarılan məhsulların daha incə, daha yüngül, daha parlaq və enerjiyə maksimum qənaət etməkdir.

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə