Avropa Birliyindən WhatsApp-a xəbərdarlıq-Səbəb

29-10-2016 / 13:24

Avropa Birliyində gizli məlumatların təhlükəsizlik məsələləri ilə məşğul olan bir qrup nümayəndə Whatsapp-ı istifadəçi məlumatlarını Facebook ilə paylaşmaması üçün xəbərdar edib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, buna səbəb olaraq da WhatsApp-ın avqust ayında təqdim etdiyi gizlilik siyasətində dəyişiklik göstərilib.

Avropa Birliyinə üzv olan 28 ölkənin məlumatların qorunması səlahiyyətliləri olaraq bilinən Maddə 29-cu İşçi Qrupu Facebook-a verdiyi təlimatda Whatsapp-ın istifadəçi məlumatlarını Facebook ilə paylaşması istiqamətdə ciddi narahatlıqları olduğunu bildirib.

Onlar iddia edir ki, 28 ölkədən olan istifadəçilər WhatsApp-a üzv olarkən bu yenilik barədə istifadə şərtləri və gizlilik siyasəti ilə bağlı müqavilə şərtlərini qəbul etməyib.

İşçi qrupu WhatsApp-a mövzu ilə əlaqədar lazımlı bütün məlumatların ən qısa zamanda özlərinə köçürülməsini və şirkətdən istifadəçi məlumatı paylaşmasını uyğun qanuni qorumanı təmin edənə qədər bu xidməti dayandırmasını tələb edib.

Maddə 29 İşçi Qrupu Yahoo-nu da 2014-ci ildə 500 milyon istifadəçi məlumatını oğurlatması və bu ayın əvvəlində istifadəçilərin elektron ünvanlarına gizlicə daxil olaraq əldə etdiyi məlumatları Amerikan kəşfiyyat təşkilatları ilə paylaşması üzərinə xəbərdar edib.

 İşçi qrupu Yahoo və WhatsApp-ın gizlilik istiqamətindəki problemlərini müzakirə etmək üçün noyabr ayında toplanacaq.

 

Günel 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.