Avropa Birliyi (AB) Facebook-u WhatsApp-ı satın aldığı zaman yalnış və aldadıcı məlumat verdiyi üçün günahlandırır.
Belə ki, Facebook WhatsApp-ı 2014-ci ildə təxminən 22 milyard dollara satın aldı. Bu əsnada isə Facebook Avropa Biriliyinə məlumatların iki şirkət arasında paylaşılmayacağı və istifadəçi hesablarını birləşdirməyəcəyi ilə bağlı ödəlikləri üzərinə götürdüyünə dair söz vermişdi.
Lakin WhatsApp avqust yenilik edərək istifadəçilərinin telefon nömrələri, profil adları kimi məlumatlarını Facebook-la paylaşmağa başladı.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, AB Komissiyası isə Facebook-u 2014-ci ildə üzərinə götürdüyü öhdəliklərə zidd hərəkət etdiyi üçün günahlandırır.
Qeyd edilir ki, Facebook 2017-ci ilin yanvar ayının 31-nə qədər bu ittihamlara cavab verməlidir. Əgər şirkətdən cavab gəlməzsə, AB Komissiyası Facebook-a ümumi 170 milyon dollar pul cəzası tətbiq edə bilər.
AB Komissiyası Avropada fəaliyyət göstərən böyük şirkətlərin digər şirkətlərlə birləşməsi və ya satın alınmasına nəzarəti təşkil etmək funksiyası daşıyır.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri