Azərbaycan ITU Telecom World 2015-də təmsil olunacaq

17-08-2015 / 15:07

Azərbaycan bu il oktyabrın 12-15-də Budapeştdə keçiriləcək ITU Telecom World 2015 beynəlxalq telekommunikasiya və yüksək texnologiyalar üzrə sərgi-konfransında təmsil olunacaq.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Xəbərlər-ə verilən məlumata görə, ölkəmiz tədbirdə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi geniştərkibli nümayəndə heyəti ilə iştirak edəcək.

ITU Telecom World 2015 sərgisində Azərbaycanın Milli pavilyonunda dövlət qurumlarının və 20-dək özəl informasiya texnologiyaları şirkətinin nümayəndələri iştirak edəcəklər.

ITU Telecom World 2015 çərçivəsində keçiriləcək rabitə tənzimləyicilərinin rəhbərlərinin sammitində nazir Əli Abbasov məruzə ilə çıxış edəcək. Müxtəlif ölkələri təmsil edən milli və regional nümayəndə heyətləri sərgi-konfransda startap, həllər və innovasiyalar nümayiş etdirəcək, təcrübə mübadiləsi aparacaqlar.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.