“ITU Telecom World 2015” sərgisi başa çatdı - Fotolar

16-10-2015 / 13:40

Bir neçə gündür Budapeştdə (Macarıstan) Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən xüsusiləşmiş təsisatı - Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə "ITU Telecom World 2015” sərgisi davam edirdi.

Xeberler.az-ın məlumatına görə, dünən sərgi-konfransın bağlanış mərasimi baş tutub.

Ölkəmiz tədbirdə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi geniştərkibli nümayəndə heyəti ilə təmsil olunub.

“ITU Telecom World 2015” sərgisində Azərbaycanın Milli pavilyonunda dövlət qurumlarının və 20-dək özəl informasiya texnologiyaları şirkətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə İKT sahəsində tanınmış şirkətlərlə yanaşı, yerli startaplarımız da iştirak edib.

Belə ki, sərgidə yaxından tanıdığmız mütəxəssislərdən Osman Gündüz, BethClip layihəsinin rəhbəri,  tanınmış startapçı Rəşid Əliyev, Ultra  şirkətinin rəsmisi, SİNAM ,Neuron Technologies şirkətinin baş direktoru İsmayıl Ələkbərov, “Microsoft Imagine Cup 2015” innovasiya müsabiqəsində Spinal layihəsi ilə “İnnovasiya” nominasiyası üzrə ikinci yerə çıxan NoObs komandası, WeTravel  layihəsi, Dilmanc layihəsinin rəsmiləri, Yüksək Texnologiyalar Parkı, Nar, Bakcell, Azercell və digər İT qurumlarımız təmsil olunub.

Bu il təşkil edilən sərgidə İTU Azərbaycan üçün giriş hissədə yer ayırıb.

“Hökumət və Kiçik-Orta Sahibkarlıq dialoqu” adlı sessiyada və eyni gündə 15 nazirin iştirakı ilə təşkil olunan “Nazirlər toplantısı”nda nazir Əli Abbasov panelçi kimi çıxış edib və ölkəmizin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq miqyaslı layihələr barədə ətraflı məlumat verib.

Mütəmadi məlumat  verdiyimiz kimi, konfrans çərçivəsində nazir Əli Abbasov bir sıra rəsmi görüşlər keçirib

Bununla yanaşı, İT şirkətlərimizin də digər ölkələrin İKT nümayəndələri ilə ikitərəfli görüşləri baş tutub.  

Qeyd edək ki, sərgi çərçivsində startap layihələrin “ITU Telecom World 2015 Award" müsabiqəsi baş tutub.

Bu müsabiqədə ölkəmizi Spinal layihəsi təmsil edib. Layihəmiz  müxtəlif ölkələrdən 17  startapla mübarizə aparıb.

Dünən bağlanış mərasimində qalib startaplar müəyyən olunub.

Rəşid Əliyevin rəhbəri olduğu BethClip layihəsi sərgi iştirakçıları tərəfindən müsabiqənin finalında yarışmaq  hüququ qazanıb və də finalda  mobil telefonlar üçün xüsusi proqram təminatı üzrə  “Ən yaxşı kiçik və orta sahibkar qurum” nominasiyası üzrə sertifikata layiq görülüb.

Bu il “ ITU Telecom World 2015”-də 129 ölkədən 4 min nəfər iştirak edib.

Sərgidə  innovasiyaların cəmiyyətə təsirinin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Təbirdə növbəti il sərginin hansı ölkədə təşkil  olunacağı ilə bağlı  məlumat verilməyib. 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə