Azərbaycanda daha bir universitet təhsil prosesini avtomatlaşdırır

13-01-2016 / 11:50

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti  təhsilin keyfiyyətini artırmaq məqsədilə EduMan Platforması əsasında Təhsil İdarəetmə sistemini tətbiq etmək niyyətindədir.

Artıq universitet Ultra Technologies şirkəti ilə bu işlərin görülməsi üçün müqavilə imzalayıb.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, qeyd edilmiş təhsil müəssisəsində ilkin olaraq, əsas məqsəd hazır EduMan – Mərkəzləşdirilmiş Tədris İdarəetmə Platformasının bir neçə modullarının qurulması, tətbiqi və təlimidir. Bura universitet üzrə təşkilati struktur, tələbə və müəllimlərin şəxsi işlərini əhatə edəcək Vahid Baza Platformasının yaradılması, tədris prosesini özündə əks etdirən Fənn kataloqları, tədris planı, tədris cədvəli əhatə edəcək Tədris prosesinin planlaşdırılması bütün dekanatlıqdan başlayaraq tətbiq edilməsi daxildir.

Nəticədə universitet ilkin olaraq aşağıdaki üstünlükləri əldə edəcək:

-Tələbələr, işçi heyəti və müəllimlər üzrə Mərkəzləşdirilmiş bazasının formalaşdırılması və bu məlumatların rahatlıqla axtarıb tapmaqla təhlil etmə üstünlüyü

-Tələbələrin operativ və rahat qeydiyyatını həyata keçirmək imkanı;

-Tədris işinin əsasən də dərs cədvəllərinin, tədris qrafikinin və s. rahat planlaşdırması imkanı və s. üstünlüklər əldə edəcək.

Gələcəkdə Dövlət Mədəniyyət və İncəsənət Universitetində EduMan Platformasının digər modullarını - elektron jurnal, elektron sənəd dövriyyəsi, əlavə təhsil və əcnəbi tələbələrin onlayn sənəd qəbulunun idarəedilməsi, elektron İmtahan idarəetmə və digər sistemləri növbəti mərhələdə mərkəzləşdirilmiş formada tətbiqini planlaşdırılır.

Qeyd edək ki, EduMan sistemi Ultra Technologies şirkəti tərəfindən hazırlanmış və Dövlət Mədəniyyət və İncəsənət Universitetindən  əlavə olaraq, uğurla Azərbaycan Dövlət iqtisad Universiteti (UNEC), Dövlət Dillər Universiteti, Baku Oxford School-da (BOS), Azərbaycan Respublikası Təhsil Nazirliyi tabeliyində olan 5 kolleclərində tətbiq edilib.

 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.