Previous Next
Bağla

Bu universitetdə də tələbə imtahan cavabını onlayn öyrənəcək

17-01-2018 16:06
Bu universitetdə də tələbə imtahan cavabını onlayn öyrənəcək

Yanvarın 16-da Bakı Slavyan Universitetində (BSU) “Ali Təhsilin İnformasiya Sistemi” (ATİS) layihəsi çərçivəsində tədbir keçirilib. Layihədə Təhsil Nazirliyinin təşəbbüsü ilə ali təhsil müəssisələrində vahid və mərkəzləşdirilmiş məlumat bazasının yaradılması nəzərdə tutulur.

BSU-dan Xeberler.az-a bildirilib ki, tədbirdə bu universitetin rektoru, professor Nurlana Əliyeva Azərbaycanda elektron cəmiyyət və elektron hökumət yaradılması istiqamətində görülən mühüm işlərdən danışıb. Vurğulanıb ki, elektron universitet sisteminə qoşulmaq artıq dövrün tələbinə çevrilib. Bu sistem ali təhsil müəssisəsinin fəaliyyətinə yüksək təsir edəcək. Azərbaycan təhsilinin dünya təhsil sisteminə sürətlə inteqrasiya etdiyini deyən N.Əliyeva BSU-nun regionda tutduğu nadir mövqedən, bu ali təhsil ocağının dünya universitetləri ilə sıx əməkdaşlığından söz açıb.

Vurğulanıb ki, bu ali təhsil ocağında elektron universitet proqramının tətbiqi həm müəllimlər, həm də tələbələr üçün səmərəli olacaq, BSU-nun fəaliyyətinin optimallaşdırılmasında, sürətləndirilməsində və tam avtomatlaşdırılmasında mühüm rol oynayacaq.

Təhsil Nazirliyinin nümayəndəsi Vüsalə Qurbanova ATİS layihəsinin həyata keçirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Qeyd edilib ki, layihənin əsas məqsədi ali təhsil müəssisəsində təhsilin informasiya idarəetmə platformasının yaradılması və tətbiqidir. V.Qarayeva bildirib ki, layihənin həyata keçirilməsi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş hədəflərə nail olunmasına və müasir informasiya-kommunikasiya texnologiyalarına əsaslanan yeni təhsil idarəetmə sisteminin formalaşdırılmasına töhfə verəcək. Layihənin Neuron Technologies şirkəti tərəfindən icra olunduğunu deyən V.Qarayeva diqqətə çatdırıb ki, bu təşəbbüsün səmərəli və vaxtında həyata keçirilməsini təmin etmək məqsədilə universitetdə məsul şəxslər və müvafiq işçi qrupu şirkətin əməkdaşları ilə birgə fəaliyyət göstərəcəklər.

Neuron Technologies şirkətinin direktoru İsmayıl Ələkbərov elektron universitet proqramına keçidin qazandıracağı üstünlüklərdən danışıb. Bildirilib ki, Unibook – təhsilin informasiya idarəetmə sisteminin tətbiqi, həmçinin tələbələrin və müəllimlərin elektron məlumat bazasının yaradılmasını, tədris prosesinin, təhsilin məzmununun və insan resurslarının elektron idarə olunmasını təmin edəcək. Unibook-a daxil olmaq istəyən tələbə və müəllimlərə verilən online giriş imkanı ilə onlar istənilən məlumatı öyrənə biləcəklər. Hazırda geniş tətbiq olunan Unibook platforması “Made in Azerbaijan” brendi altında xarici ölkələrə də ixrac edilməyə başlanıb.

Neuron Technologies şirkətinin layihələr üzrə rəhbəri Tural Mövsümzadə diqqətə çatdırıb ki, tələbələrə həmin portala giriş imkanı verilir. Belə ki, hər bir tələbənin giriş üçün xüsusi şifrəsi olacaq. Beləcə tələbələr istədikləri zaman Unibook-da dərs cədvəlləri, fənn proqramları, elektron vəsaitlərlə tanış olub istədikləri məlumatı öyrənə biləcəklər. Sistemin istifadə qaydaları ilə iştirakçıları tanış edən T.Mövsümzadə bildirib ki, dərslərin mövzusu müəllimlər tərəfindən doldurulacaq. Tələbələr Unibook-a daxil olaraq imtahan nəticələri və topladıqları ballar haqqında da məlumat əldə edəcəklər.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan İlahiyyat İnstitutunda Unibook sisteminin tətbiqinə başlanılıb

14-02-2019

Regionlarda texnologiyaların tətbiqi genişlənir

09-11-2017

Ali təhsil müəssisələri vahid platformada birləşəcək

21-08-2019

Azərbaycanın təhsil sistemində yenilik

13-09-2016

Universitetlərdə yazılı imtahanlar elektronlaşdırılır

03-06-2016

Azərbaycanda daha bir universitet təhsil prosesini avtomatlaşdırır

13-01-2016

Daha bir Universitetdə təhsil prosesi elektronlaşdırılır

16-09-2015

Azərbaycanın İT şirkəti məhsullarını xarici bazara çıxarır

08-01-2016

Universitetlərdə hansı rəqəmsal təhsil platformaları tətbiq edilir?

08-10-2021

UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

04-05-2020

“E-Təhsil sisteminin tətbiqi üçün müvafiq qanunun qəbuluna ehtiyac var”

20-11-2009

Fransalı İT mütəxəssisləri Neuron Technologies şirkətində çalışacaq

03-04-2015

Elektron təhsilin inkişafına əlavə vəsaitlər ayrılacaq

21-01-2015

Azərbaycan Texniki Universitetində elektron təhsil informasiya sisteminin yaradılması layihəsi başa çatıb

18-03-2014

Nazirlik rəsmisi: 8 növ təhsil xidməti “myGov”a inteqrasiya edilib

24-02-2026

Azərbaycanda yeni elektron tədris idarəetmə sisteminin tətbiqinə başlanıb

18-09-2014

Azərbaycanın üç ali məktəbinin tələbələri onlayn rejimdə imtahan verə biləcək

20-11-2009

Azərbaycan İT şirkəti İran bazarına daxil olur

17-11-2015

Ali təhsilin informasiyalaşması müzakirə olunub - Foto

17-01-2017

Azərbaycanda müəllimlər onlayn təlim alacaq

30-08-2017

Azərbaycanda Microsoft IT Academy layihəsinə start verildi

08-05-2012

E-Universitet layihəsi tələbələrin işini asanlaşdıracaq

25-12-2014

UNEC tələbələrinə Smart tələbə kartları təqdim olunub

01-11-2019

Təhsil Sistemində Elektron Tədris Resurslarını Qiymətləndirən Şura yaradılacaq

07-10-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə