Azərbaycanda zərərli proqram təminatlarının sayı artıb

16-08-2017 / 10:09

Qlobal ESET texnologiya şirkəti Azərbaycanda 2017-ci ilin iyul ayında zərərli proqram təminatları ilə bağlı hesabat dərc edib.

Xeberler.az həmin hesabata istinadən məlumat verir ki, ölkəmizdə reklam sahəsində zərərli proqram təminatlarının sayı artıb.

Şirkət qeyd edir ki, bu hesabat  “ESET Live Grid" bulud sistemi ilə hazırlanıb.

ESET mütəxəssislərinin sözlərinə görə, "Stantinko" adlı geniş yayılmış kiberhücumun məqsədi arzuolunmaz reklamların yayılmasıdır:

“Bu təhlükə 2012-ci ildən mövcuddur və hazırda təqribən 500 min kompüteri əhatə edib. Virusun qurbanları sırasında Rusiya və Ukraynadan olan kompüter istifadəçiləri üstünlük təşkil edir. Azərbaycanda isə "Stantinko" elə də aktiv deyil. Bu siyahıya  digər proqramlar -(JS/Adware.BNXAds, Win32/Adware.PBot və s.) liderlik edirlər. Azərbaycanda reklamla bağlı zərərli proqram təminatlarının sayı artıb”.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.