“Kasperskiy laboratoriyası” avqust ayı üzrə zərərli proqramların reytinqini açıqladı

02-09-2008 / 17:02
“Kasperskiy laboratoriyası” statistik məlumatlar, antivirus məhsulları şirkətlərinin 2009 versiyası əsasında formalaşan zərərli proqramların reytinqini açıqladı.
Hesablamalara görə, keçən ay yoluxucu kompüterlərdə ən çox troyan proqramı - DNSChanger.ech. aşkarlanıb. “Kasperskiy laboratoriyası”  göstəricilərinə görə, DNSChanger.ech reytinqdə ikinci yeri tutur. Ekspertlərin fikrincə, bu virus, əsasən Qərbi Avropa ölkələri üçün çox ciddi epidemiyadır. Mütəxxəssislər onu da qeyd edirlər ki, avqust ayında çoxlu miqdarda yeni troyan virusu və reklam üçün proqramlar meydana çıxıb.
Ümumiyyətlə, keçən ay ərzində  “Kasperskiy laboratoriyası” 28 min 940 müxtəlif zərərli, təhlükəli və reklam xarakterli proqram üzə çıxarıb. Bu da iyul ayında olan zərərli proqramlardan  8 min proqram çoxdur. Sayına görə zərərli obyektlər arasında liderliyi köhnə 2001-ci ilin Nimda qurdu əldə edib.
“Kasperskiy laboratoriyası” şirkəti “Aşan-Rusiya” hipermarketinin öz kompüter sistemləri üçün Kaspersky Business Space Security paketini seçdiyini xəbər verir. Bu proqram antivirus və personal brandmauer, işləmə stansiyalarını və fayl serverlərini bütün internet təhlükələrindən qoruyur.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə