Previous Next
Bağla

İT üzrə ən böyük təhlükələr-Hesabat

07-05-2018 15:56
İT üzrə ən böyük təhlükələr-Hesabat

Microsoft korporasiyası 2017-ci ilin fevral ayından olan dövr üçün “Security Intelligence Report” informasiya təhlükəsizliyinin təhdidləri üzrə hesabatını dərc edib

Xeberler.az bildirir ki, hesabat 3 mövzuya həsr olunub: botnetlər, hakerlərin populyar hücum metodları və şantajçı-viruslar.

Hesabata əsasən, ən yüksək göstəricilər Pakistan, Nepal, Banqladeş və Ukraynada (33,2% və ya yuxarı), ən aşağı göstəricilər isə Finlandiya, Danimarka, İrlandiya və ABŞ-da (11,4% və ya aşağı) qeydə alınıb.

Ən çox rast gəlinən arzuolunmaz proqram təminatı kateqoriyası troyanlar olub. 2017-ci ilin fevral aylndan 2018-ci ilin ilin yanvar ayınadək onların intişarı 6%-dən 10%-dək artıb. Digər zərərli müxtəlif proqram təminatlarının (dropperlər, obfuskatorlar, şantajçı viruslar və s.) göstəriciləri 1%-dən az olub.

Microsoft-un hesabatına əsasən, 2017-ci ilin ikinci yarısında Office 365 istifadəçilərinin poçt qutularında fişinq ən ciddi təhdidlər sırasında olub (53%), hər ay 180-200 mln. fişinq məktubu aşkarlanıb. İntişara görə digər təhdidlər sırasında zərərli proqram təminatı yükləyənlər (29%) və “Java-backdoor”lar (11%) olub.

Cinayətkarların digər hədəfi təhlükəsizlik səviyyəsi aşağı olan bulud tətbiqləridir. Tədqiqat nəticəsində məlum olub ki, bulud məlumat bazası üçün nəzərdə tutulmuş SaaS-əlavələrin 79%-i və müştərək iş üçün SaaS-əlavələrin 86%-i nə saxlanılan, nə də ötürülən məlumatın şifrələməsini təmin etmir. Korporativ infrastrukturun müdafiəsi üçün təşkilatlar şifrələmədən yararlanmayan istifadəçilərin bulud əlavələrindən istifadəsini məhdudlaşdırmalı, və buna təhlükəsizlik brokeri vasitəsilə nəzarət etməlidirlər.

Ötən ilin ikinci yarısında müşahidə olunan daha bir tendensiya – virusa yoluxmuş sənədləri yaymaq və şantajçı proqramları yükləmək məqsədilə kibercinayətkarlar tərəfindən qanuni sistemin quraşdırılmış vasitələrindən istifadə. Bu cür təhdid növündən qurtulmağın ən yaxşı yolu əməliyyat sisteminin və proqram təminatının vaxtında yenilənməsidir.

İstifadəçinin bütün məlumatlarını məhv etmək təhlükəsi ilə kriptovalyuta və ya digər ödənişləri şantaj yolu ilə əldə etmək cinayətkarlar üçün cəlbedici strategiya olaraq qalmaqdadır. 2017-ci ildə üç hədələyici virusun (WannaCrypt, Petya/NotPetya və BadRabbit) geniş vüsət alması bir çox korporativ şəbəkələrin, o cümlədən xəstəxana, nəqliyyat və yol hərəkətinin idarə edilməsi sistemlərinin yoluxmasına səbəb olub.

Şantajçı proqramlarla daha çox Asiya istifadəçiləri rastlaşıb. Bu cür viruslar ən çox Myanma (0,48%), Banqladeş (0,36%) və Venesuelada (0,33%) aşkarlanıb. Ən aşağı göstərici isə Yaponiya, Finlandiya və ABŞ-da (0,03%) qeydə alınıb.

Microsoft Security Intelligence Report hesabatının tam mətni ilə tanış olmaq, həmçinin korporativ şəbəkə və fərdi cihazların müdafiəsi üzrə praktiki tövsiyələr üçün: https://www.microsoft.com/sir keçidindən istifadə edə bilərsiniz.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

17-05-2018
Hər 4 saniyədə yeni zərərli proqram təminatı yaranır

Hər 4 saniyədə yeni zərərli proqram təminatı yaranır

20-05-2015
200 min zərərli virus nümunəsi qeydə alınıb

200 min zərərli virus nümunəsi qeydə alınıb

06-03-2015
Kaspersky Security OneDrive buludunu da qoruyacaq

Kaspersky Security OneDrive buludunu da qoruyacaq

06-09-2019
Hansı saytlar kompüterə virus salır?-Hesabat

Hansı saytlar kompüterə virus salır?-Hesabat

04-10-2017
Azərbaycanda zərərli proqram təminatlarının sayı artıb

Azərbaycanda zərərli proqram təminatlarının sayı artıb

16-08-2017
İnnovasiya həftəsi çərçivəsində Kaspersky Security Day keçirilib

İnnovasiya həftəsi çərçivəsində Kaspersky Security Day keçirilib

28-10-2019
"Microsoft": Azərbaycanda süni intellektdən istifadə səviyyəsi artıb

"Microsoft": Azərbaycanda süni intellektdən istifadə səviyyəsi artıb

22-01-2026
Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

07-07-2022
“Microsoft” 2020-ci ildə haker fəallığının artması haqqında məlumat verib

“Microsoft” 2020-ci ildə haker fəallığının artması haqqında məlumat verib

30-09-2020
Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018
Kaspersky Lab hesabat açıqladı

Kaspersky Lab hesabat açıqladı

29-06-2018
 DDoS hücumların sayında rekord qeydə alınıb

DDoS hücumların sayında rekord qeydə alınıb

21-05-2015
Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

05-12-2022
Kaspersky: Casus proqramları və zərərli skript hücumlarının sayı artıb

Kaspersky: Casus proqramları və zərərli skript hücumlarının sayı artıb

13-09-2021
Bank troyanları 430 min istifadəçiyə hücum edib

Bank troyanları 430 min istifadəçiyə hücum edib

08-08-2019
Bu il ən çox hansı sahələr kiberhücuma məruz qalıb?

Bu il ən çox hansı sahələr kiberhücuma məruz qalıb?

28-12-2016
Azərbaycanda kibertəhlükələr artır- Microsoft  xəbərdarlıq edir

Azərbaycanda kibertəhlükələr artır- Microsoft xəbərdarlıq edir

11-03-2016
Nazirlik Microsoft istifadəçilərinə müraciət edib

Nazirlik Microsoft istifadəçilərinə müraciət edib

15-04-2017
Microsoft kibertəhlükələrə qarşı yeni alətlər təqdim edib

Microsoft kibertəhlükələrə qarşı yeni alətlər təqdim edib

03-05-2018
Azərbaycanda piratçılığın səviyyəsi yüksəkdir-Problem

Azərbaycanda piratçılığın səviyyəsi yüksəkdir-Problem

26-05-2016
Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

26-01-2017
 Microsoft-un proqram təminatındakı boşluqların sayı açıqlandı

Microsoft-un proqram təminatındakı boşluqların sayı açıqlandı

20-02-2018
Bu il kibertəhlükəsizlik sahəsində nələr oldu? –İcmal

Bu il kibertəhlükəsizlik sahəsində nələr oldu? –İcmal

15-12-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə