Previous Next
Bağla

70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

08-06-2018 18:29
70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

Azərbaycanda 70 mindən çox istifadəçi ilin əvvəlindən zərərli proqram
təminatlarının hücumuna məruz qalıb.

Xeberler.az bildirir ki, Azərbaycanda Kaspersky Lab-ın həlləri ilə müdafiə olunan 70 mindən çox istifadəçi ilin əvvəlindən müxtəlif zərərli proqram təminatları tərəfindən hücuma məruz qalıb.

Bu barədə Kaspersky Lab şirkətinin Azərbaycanda rəsmi təmsilçisi Müşviq Məmmədov bildirib. Bu ilin may ayında Azərbaycanda istifadəçilərin 22%-i zərərli proqram təminatları tərəfindən internetdən hücuma məruz qalıb, 28%-i isə bu cür təhlükələrlə, məsələn, fleş-kart istifadəsi zamanı qarşılaşıb.

M. Məmmədov qeyd edib ki, ümumiyyətlə, 2018-ci ildə kibertəhdidlər landşaftı ciddi dəyişməyib. Ötən il bütün dünyanı sarsıdan fırıldaqçı proqramların kütləvi hücumları hazırda azalmaq üzrədir. “Kaspersky Lab”ın proqnozlarına əsasən, 2018-ci ildə əsas məqsədi maynerlərin quraşdırılması olacaq hücumların sayı artacaq. Əgər fırıldaqçı proqramlar potensial olaraq böyük, lakin birdəfəlik gəlir əldə etməyə imkan yaradırsa, maynerlər daha kiçikhəcmli, lakin davamlı gəlirlərlə təmin edir və bu da cinayətkarlar üçün cəlbedici ola bilər. Çox güman ki, korporativ istifadəçilər fırıldaqçı proqramların hücumlarını müəyyən edə biləcəklər. Təəssüf ki, 2017-ci il təhlükəsizlik üzrə ekspertlərə və kibercinayətkarlara aydın olaraq texnoloji və korporativ şəbəkələr bu cür hücumlara həssas ola biləcəyini nümayiş etdirdi, onlardan gələn
zərər isə yüz minlərlə dollar həcmində dəyərləndirilir. Bundan başqa, hədələyici proqramlar məqsədli hücumlar üçün himayəedici rolu oynaya bilər.

Kaspersky Lab texnologiyalarının köməyi ilə sözügedən geniş yayılmış təhlükəyə qarşı çoxdərəcəli müdafiə təmin olunur. Biz kriptohədələyicilərdən qorunmaq üçün pulsuz alət təklif edirik ki, bu aləti artıq quraşdırılmış qoruyucu həlldən asılı olmayaraq istənilən şəxs yükləyib, istifadə edə bilər. Şirkətin məhsulları daha bir qorunma səviyyəsini daxil edir – faylların şifrlənməsi və monitora çıxışın bloklanması kimi zərərli dəyişiklikləri blok etməyi bacaran Fəallığının monitorinqi modulu. Kaspersky Lab əvvəldən kriptohədələyicilər ilə bağlı vəziyyəti izləyirdi və sahədə bu təhlükə haqqında məlumatlandırılma səviyyəsini artırmaq məqsədilə onlar haqqında daim yenilənən məlumatlı bölüşməyə başlayan ilk şirkətlərdən biri idi», - deyə Müşviq Məmmədov bildirib.

Xatırladaq ki, 2016-cı ilin iyulun 25-də Kaspersky Lab, Niderland Milli Polisi, Avropa Polis Agentliyi və McAfee-nin birgə təşəbbüsü ilə No More Ransom layihəsinə start verilib. Bu, dövlət və özəl qurumların kibercinayətkarlığa qarşı mübarizədə əməkdaşlığın, həmçinin, hücuma məruz qalanlara yardımın göstərilməsinin (bilik və təcrübə, məsləhət və şifrə açan alətləri ilə) bariz nümunəsidir. Hazırda layihə 26 dildə mövcuddur, layihədə 120-dən çox tərəfdaş iştirak edir. Portalda 80-dən artıq şifrə açan yerləşdirilib. İlk fəaliyyət ilində 28 mindən çox avadanlıq blokdan çıxarılıb ki, bunun nəticəsində kibercinayətkarlar təxminin 9,5 mln ABŞ dollarından məhrum olublar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019

Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

17-05-2018

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019

Ölkədə 12 mindən çox istifadəçi kiberhücuma məruz qalıb

20-02-2018

Bank troyanları 430 min istifadəçiyə hücum edib

08-08-2019

Mobil istifadəçilər ən çox hansı zərərli məzmunla qarşılaşır?

09-02-2018

Bakıda 11 min kompüter hücuma məruz qalıb

03-03-2017

Kaspersky Lab hesabat açıqladı

29-06-2018

Ən çox bu sahələrə kiber hücum olur-Araşdırma

30-03-2018

Mobil bank troyanların kəskin artması aşkar edilib

10-08-2018

Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

26-01-2017

Hansı aylarda maliyyə kiberhücumları daha çox olur?

28-11-2016

Kaspersky Lab Bakıda tədbir keçirəcək

28-02-2017

Kiber fırıldaqçıların qurbanları 8 milyon xərcdən xilas edilib

09-08-2017

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020

Azərbaycan kiberhücumlardan daha yaxşı qorunub

17-09-2018

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019

Bir milyon istifadəçi video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib

20-06-2019

Bu il ən çox hansı sahələr kiberhücuma məruz qalıb?

28-12-2016

“Bankın onlayn xidmətindəki problem müştəridə güvənsizlik yaradır”

27-07-2017

Kaspersky: Azərbaycanda hər onuncu cihazda zərərli internet proqram bloklanıb

04-06-2021

Bu il şirkətlərə qarşı kiber-hücumların sayı iki qat artıb

25-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə