Azercell-in Mobil Göz Klinikasında 500-dən çox müayinə aparılıb

26-11-2015 / 13:13

Azercell Telekom-un unikal sosial layihələrindən biri olan Mobil Göz Klinikası bu ilin əvvəlindən indiyə qədər valideyn himayəsindən məhrum olan 500 uşağa həmçinin, ahıllara və aztəminatlı ailələrə xidmət göstərib.

Şirkətdən Xeberler.az-a bildirilib ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə "Caspian Compassion Project" təşkilatı tərəfindən həyata keçirilir.

Klinikada bu il ərzində 56 uşaq, 31 böyük xəstə müalicə alıb. Son 3 ay ərzində isə uşaqlarda göz xəstəliklərinin profilaktikasının aparılması, onların hərtərəfli müayinəsinin təşkilini təmin etmək məqsədilə klinikanın həkimləri tərəfindən  Bakıda yerləşən "Duyğu" sosial reabilitasiyası ictimai birliyində və  Zabrat qəsəbəsində məskunlaşan qaçqın və məcburi köçkünlər üçün oftalmolojı müayinələr keçirilib. Səfər zamanı 100 nəfərdən çox insan müayinə olunaraq, həkimlər tərəfindən ehtiyacı olanlara lazımi müalicə və eynək reseptləri təyin olunub.

Fəaliyyət göstərdiyi 4 il ərzində layihə çərçivəsində klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərində, uşaq evlərində, o cümlədən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 N-li Respublika Xüsusi İnternat Məktəbində, SOS Uşaq Kəndində, Ağcabədidə fəaliyyət göstərən "Günərzi" qayğı mərkəzində olublar. Eyni zamanda klinikanın həkimləri Bakı ilə yanaşı, bölgələrə də üz tutublar. Azərbaycanın demək olar ki, bütün bölgələrində olan həkimlər müalicəyə ehtiyacı olan insanlara dayaq olublar.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.