Azercell Telekom MMC-nin dəstəyi ilə fəaliyyət göstərən “Mobil Göz Klinikası”-nın həkimləri görmə çətinliyi olan uşaqları aşkarlamağa və müxtəlif göz xəstəliklərindən əziyyət çəkənləri müalicə etməyə davam edir.
Şirkətdən Xeberler.az-a verilən məlumata görə, klinikanın həkimləri bu dəfə Bilgəh qəsəbəsində yerləşən 11 saylı inteqrasiya təlimli internat məktəbindəki kimsəsiz uşaqlara baş çəkiblər. İnternat məktəbində məskunlaşan uşaqların hamısı həkimlər tərəfindən müayinə edilib.
Müayinələrin nəticələrinə əsasən ehtiyacı olan uşaqlara müalicələr təyin olunub, eynək reseptləri yazılıb.
Layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir.
Fəaliyyət göstərdiyi müddət ərzində layihə çərçivəsində klinika Bakı şəhərindəki onlarla internat məktəblərinə, uşaq evlərinə səfər edib. Eyni zamanda, klinikanın həkimləri Bakı ilə yanaşı, ölkənin bir çox bölgələrində müalicəyə ehtiyacı olan insanlara xidmət göstəriblər.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri