Azercell İnvestisiya Sammitinə qatılıb - Foto

19-03-2015 / 16:12

Qlobal iqtisadiyyatın əsas sektorlarını təmsil edən yüksək vəzifəli rəhbərlərin, iqtisadçıların, tənzimləyicilərin və dövlət qulluqçularının iştirakı ilə “The Economist Events” tərəfindən təşkil olunan Azərbaycan İnvestisiya Sammiti keçirilib.

Xəbərlər.az-ın məlumatına görə, bu sammit keçid iqtisadiyyatı olan dövlətin qarşısında duran əsas perspektiv, imkanlar və çağırışları müzakirə etmək üçün Bakıda dünyanın aparıcı idarəçi və iqtisadçılarını bir araya gətirib.

“The Economist” jurnalının redaktoru Con Endryusun (John Andrews) sədrliyi altında keçən müzakirələrdə telekommunaksiya,bank, texnologiya, investisiya, istehsalat və təhsil sektorlarının aparıcı nümayəndələri iştirak edib.  

Forumda Enerji sektoru – növbəti fəsil: Azərbaycanın iqtisadi qüdrətinin əsasının inkişafı, Neft iqtisadiyyatı çərçivəsindən kənar: rəqabətqabiliyyətli mikroəsasın yaradılması, İnnovasiyalar, sahibkarlıq və diversifikasiya: maneələrin aradan qaldırılması, Rəqəmsal əsr: yeni iqtisadiyyat şəraitində texnologiya və telekommunikasiyalarınrolu kimi mövzularda çıxışlar edilib.

Azercell Telekom MMC-nin Prezidenti vəzifəsini icra edən Vahid Mürsəliyev də forumda panel müzakirələrdə iştirak edib.

Rabitə və Yüksək Texnologiyaları nazirliyi tərəfindən rəsmi olaraq foruma dəvət alan  Vahid Mürsəliyev "Dönüş nöqtəsi: Azərbaycanı Texnologiyalarla İrəli Aparan Gələcək" mövzusunda Rabitə və Yüksək Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Təhsil nazirinin müavini Əziz Bayramov, SINAM şirkətinin prezidenti Elçin Əliyev və Azərbaycan Futuroloqlar Cəmiyyətinin təsisçisi və sədri Reyhan Hüseynova ilə müzakirələrə qatılıb.

Azercell hər zaman ölkənin telekommunikasiya sektoruna bir parçası olduğu TeliaSonera şirkətlər qrupunun ən qabaqcıl texnoloji nailiyyətlərini gətirmiş olub. 2012-ci ildə  ölkədə ilk dəfə 4G texnologiyasını istifadəyə verən Azercell İKT sahəsində innovati layihələri dəstəkləyərək özünün Barama mərkəzində onların reallaşmasına şərait yaradır. Azercell  2014-cü il ərzində Azərbaycanda telekommunikasiyanın inkişafına təqribən 57  milyon manat, ölkədə fəaliyyət göstərdiyi 18 il ərzində isə 1.67 milyard manat sərmayə yatırıb. Azercell ölkənin qeyri-neft sektorunun ən böyük sərmayədarı olmaqda davam edir. 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.