Previous Next
Bağla

Azərbaycan İnvestisiya Sammiti keçirilib

19-03-2015 17:23
Azərbaycan İnvestisiya Sammiti keçirilib

 Azərbaycan və qlobal iqtisadiyyatın əsas sektorlarını təmsil edən yüksək vəzifəli rəhbərlər, iqtisadçılar, tənzimləyicilər və dövlət qulluqçuları “The Economist Events” tərəfindən «Ölkə iqtisadiyyatının neftdən kənar inkişafı” mövzusunda təşkil olunan Azərbaycan İnvestisiya Sammitində iştirak etmək üçün Bakıda toplaşıblar.

 Sürətlə dəyişən geosiyasi təmayüllər ona gətirib çıxarıb ki, Azərbaycan kənardan olan təzyiq və bir çox təsirlərə məruz qalan regionun mərkəzində yer alıb. Bununla belə, dövlət müstəqil iqtisadi və siyasi mövqelərini qoruyub saxlaya bilib. Ölkə hökuməti diqqətini iqtisadiyyatın diversifikasiyasına yönəldib və regional tərəfdaşlarla əməkdaşlığa açıqdır.

 “The Economist” jurnalının redaktoru Con Endryusun (John Andrews) sədrliyi altında keçirilən Azərbaycan İnvestisiya Sammitində keçid iqtisadiyyatı olan dövlətin qarşısında duran əsas perspektiv, imkanlar və çağırışlar müzakirə olunub. Sammit Azərbaycanın neft iqtisadiyyatının diversifikasiyası imkanları və ölkənin idman, təhsil və incəsənət sahələrində regional mərkəzə çevrilməsi yolları üzrə aparıcı dövlət xadimlərinin məruzələri ilə işə başlayıb.

 Dünyada və regionda neft iqtisadiyyatının diversifikasiyası ilə bağlı həyata keçirilən tədbirləri qısa şərh edən C. Endryus qeyri-neft sektorunun inkişaf perspektivlərindən danışıb. “Hazırda bir çox ölkələr iqtisadiyyatın neft sektorundan asılılığını azaltmağa çalışır və Azərbaycan bu baxımdan istisna deyil”, - deyə C. Endryus sammitin 180-dən çox iştirakçısının qarşısında çıxış edib.

 Tədbirdə çıxış edən Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov qeyd edib: ”İKT sahəsi iqtisadiyyatın neft sektorundan asılılığını azaltmağa yardım edə bilər. Azərbaycan informasiya texnologiyalarının inkişafına görə inkişafda olan və inkişaf etmiş ölkələr arasında yer alır. Bu istiqamətdə əsas məsələlər sırasına 2018-ci ilədək ölkə ərazisinin 85%-ni genişzolaqlı intertenlə təmin etmək, e-xidmətlərin tam avtomatlaşdırmaq və s. daxildir. Qeyd etmək lazımdır ki, son 5 il ərzində Azərbaycan ölkənin informasiya texnologiyaları sahəsinə 2 mlrd. ABŞ dolları investisiya yatırıb”.

 Öz növbəsində sammitdə çıxış edən Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bildirib ki, neft kapitalının insan kapitalı ilə əvəz olunmasında təhsil sahəsinin özünəməxsus rolu var: “İlk növbədə təhsil sahəsi həm iqtisadiyyat, həm sosial həyat, həm də elm üçün kadrların hazırlanmasında müsbət rol oynayır. Təhsil sahəsinə dövlət kapitalı ilə yanaşı, özəl kapitalın cəlb olunması üçün şəraitin yaradılması əsas məqsədlərdəndir”.

 

Tədbirdə çıxış edən Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova ölkədə son 10 il ərzində sənayenin inkişafı ilə bağlı görülən işlərdən danışıb. Onun sözlərinə görə, bu dövr ərzində Azərbaycan iqtisadiyyatı real ifadədə 3, dövlət büdcəsi – 13 dəfə artıb, ölkəyə yatırılan investisiyaların həcmi 177 mlrd. dollar olub ki, bunun da 123 mlrd. dolları qeyri-neft sektoruna yönəldilib: “Dünya bazarında xam neftin qiymətinin aşağı enməsi, onun ortamüddətli dövrdə 50-60 dollar səviyyəsində proqnozlaşdırılması, bu fonda dolların bahalaşması, Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutalarının ucuzlaşması manata təzyiqi artırıb, orta və uzun müddətdə ölkə iqtisadiyyatını qorumaq üçün qabaqlayıcı tədbirləri zəruri edir”.

 Sammit çərçivəsində Bakıda keçiriləcək iri idman hadisəsinə – Avropa Oyunları 2015, həmçinin bu layihəyə yatırılan iri investisiyalardan sonra qalacaq irs məsələləri, bu cür iri tədbirə ev sahiblik edən ölkənin nüfuzunun vacibliyinə həsr olunmuş məruzə ilə Avropa Oyunları-2015-in icraçı direktoru Saymon Kleq (Simon Clegg) və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış ediblər.

 Müzakirələrdə bank, texnologiya, investisiya, istehsalat və təhsil sektorlarının aparıcı nümayəndələri iştirak edib. Sammitdə “Enerji sektoru – növbəti fəsil: Azərbaycanın iqtisadi qüdrətinin əsasının inkişafı”; “Neft iqtisadiyyatı çərçivəsindən kənar: rəqabətqabiliyyətli mikroəsasın yaradılması”; “İnnovasiyalar, sahibkarlıq və diversifikasiya: maneələrin aradan qaldırılması”; “Rəqəmsal əsr: yeni iqtisadiyyat şəraitində texnologiya və telekommunikasiyaların rolu”; “Milli artımı təmin etmək üçün təhsil və tədris”; “İdman tədbirləri: Azərbaycanın dünya arenasında mövqeyi” və “Diversifikasiya: qeyri-neft sektorunun payının artırılması” mövzuları ətrafında müzakirələr aparılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell İnvestisiya Sammitinə qatılıb - Foto

19-03-2015

Bakıda Azərbaycan investisiya forumu baş tutdu

17-03-2015

Nazir: Rəqəmsal iqtisadiyyatın inkişafı üçün xüsusi proqram hazırlanıb

05-03-2026

İnnovativ perspektivlərinin qiymətləndirilməsi mövzusunda müzakirələr aparılıb

28-11-2019

Azərbaycan İKT sahəsində 143 ölkə arasında 9-cu oldu

02-11-2015

“Azərbaycan 2020-ci ildə: Davamlılığa çevrilən güc”

08-01-2015

"INMerge" İnnovasiya Sammitinin ilk günü başa çatıb

29-09-2025

İKT neft sektorundan sonra ən iri vergiödəyici sahədir

25-12-2008

Azərbaycanın qeyri-neft ixracının illik dəyəri ilk dəfə 3 milyard dolları ötəcək

28-12-2022

“Forumun işində ölkəmizin iqtisadi nailiyyətlərinə maraq böyük olub”

12-09-2015

Azərbaycan Rəqabətlilik Forumu 2018 keçirilib

07-09-2018

“Dördüncü sənaye inqilabında trendlər” mövzusunda tədbir keçirilib

23-02-2022

Dünya Bankı Azərbaycanın İT sektorunu təhlil edib

26-05-2016

Deputat:“Startaplara özəl sektor tərəfindən dəstək lazımdır”

12-01-2016

“Azercell” təmsilçisi Londonda Azərbaycan İnvestisiya Sammitində çıxış edib

11-12-2009

Azərbaycanla Özbəkistan sənaye parkları sahəsində əməkdaşlıq edə bilər

22-08-2023

Mikayıl Cabbarov: “KOB-ların qeyri-neft ixracında payı 60 faizə çatıb”

01-12-2022

“Azərbaycan iki süni peykini orbitə buraxaraq dünyanın kosmik dövlətləri sırasına qatılıb”

18-11-2015

Azərbaycanda 10 ildən sonra İKT sektorunun gəlirləri neft gəlirlərinin səviyyəsinə çatacaq

24-12-2008

Bilik əsaslı iqtisadiyyata keçid: potensial imkanlar mövzusunda forum keçirilib

30-11-2018

Azərbaycan SPECA İqtisadi Forumunda təmsil olunub

22-01-2026

Azərbaycan və Koreya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilib

07-02-2020

Azərbaycanın internet-resursları və virtual məkanının həcmi 20 dəfə artıb

24-12-2008

Nazirlər Kabineti: makroiqtisadi sabitlik qorunacaq

10-03-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə