“Azercell”in “Onlar da hədiyyə gözləyirlər” layihəsi yekunlaşdı

29-12-2010 / 06:00

Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, layihə çərçivəsində 320 uşaq Yeni il bayramının sevincini yaşayıb. Belə ki, kimsəsi olmayan, valideyn himayəsindən məhrum olmuş uşaqları məhz özlərinin əvvəlcədən arzuladıqları hədiyyələri alıblar. Landmarkın “Rotunda” zalında keçirilən bayram tədbirində uşaqların öz istəyi əsasında toplanan hədiyyələr paylanıb. Şənliyə bu hədiyyələri alan şəxslər də dəvət edilib və onlar özləri aldıqları hədiyyələri uşaqlara hədiyyə ediblər. Xatırladaq ki, bu hədiyyələr “Park Bulvar” alış-veriş mərkəzinin təmənnasız ayırdığı yerlərdə qoyulan 3 şam ağacından asılmışdı. Bu ağacların üzərindəki hədiyyələr təsadüfən seçilməmişdi. Şirkət əməkdaşları uşaqların hər birindən istədiyi hədiyyəni öyrənib, onları ağacın üzərindəki rəngarəng yeni il oyuncaqlarının üzərinə yerləşdirmişdilər.

 “Azercell Telekom” MMC “Onlar da hədiyyə gözləyirlər...” layihəsinə qatılan və uşaqların istəklərinə uyğun hədiyyə alıb, bu bayramı unudulmaz sevincə çevirən hər bir şəxsə minnətdarlığını bildirir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə