Azercell-in “NLT Telekom”la birgə keçirdiyi kampaniyaya dəyişiklik edilib

23-09-2011 / 14:02
Azercell-in “NLT Telekom”la birgə keçirdiyi kampaniyaya dəyişiklik edilib. İndi kompüter alan tələbələrə daha artıq internet trafiki hədiyyə olunur.

Bu il martın 10-dan etibarən keçirilən kampaniya çərçivəsində “NLT Telekom” şirkətindən portativ kompüter (noutbuk, netbook) əldə etmiş abonentə əlavə olaraq Azercell Datakart, Azercell fakturalı xətt nömrəsi və 300 MB həcmdə GPRS data trafikinindən pulsuz istifadə imkanı verilirdi.

İndi isə kampaniyanın şərtləri daha  sərfəli və cəlbedici olub. Belə ki, “NLT Telekom”dan kompüter alan tələbə Datakart və nömrə ilə yanaşı, hər faktura dövrü üzrə pulsuz 500MB həcmdə GPRS data trafiki (ümumilikdə 12 faktura dövrü üçün) hədiyyə olunur.

Əgər abonent hər  faktura  dövrü ərzində hədiyyə verilən 500 MB-lıq GPRS data trafikdən artıq işlədərsə, onda istifadə olunan  hər 1 MB üçün 0,03AZN (ƏDV xaric) məbləğində xidmət haqqı tətbiq edilir.
Bu kampaniyada 249 63 00 - 249 72 99 nömrələri iştirak edir.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə