Previous Next
Bağla

Bakıda yerləşən Uşaq evlərinin sakinləri Bakutel-2018 sərgisinə ekskursiya edib

07-12-2018 09:59
Bakıda yerləşən Uşaq evlərinin sakinləri Bakutel-2018 sərgisinə ekskursiya  edib

“Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində Uşaq evlərinin sakinlərinin sərgiyə ekskursiyası təşkil olunub. Bakı şəhərində yerləşən 2 və 3 saylı Uşaq evlərindən 60-dan çox uşaq “Bakutel-2018”-in pavilyon və stendləri ilə tanış olublar.

Xeberler.az  bildirir ki, uşaqlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyinin stendində təqdim olunan robotexnikaya xüsusi maraq göstəriblər. Startapçılar uşaqlara robotların yaradılması, onların idarə olunması barədə məlumat veriblər. “Azərmarka” MMC-yə məxsus stenddəki rəngarəng marka nümunələri azyaşlıların xüsusi diqqətini çəkib. Onlara milli marka nümunələri və digər hədiyyələr təqdim edilib. Azərbaycanın ilk Regional Data Mərkəzinin xidmətlərinin nümayiş olunduğu “AzİnteTecom” MMC-nin stendində də uşaqlar xüsusi qayğı ilə əhatə olunub. Onlar sərgidə fəaliyyət göstərən digər pavilyonlarla da tanış olub və innovativ oyun zonasında əyləniblər. Uşaqlara “Külək: Yer kürəsinin şahzadəsi”- Azərbaycanın ilk virtual reallıq kitabı hədiyyə olunub.

Uşaqların sərgiyə ekskursiyası bu gün də davam edəcək. Xatırladaq ki, “Bakutel-2018” sərgi-konfransı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, "Caspian Event Organisers" (CEO) şirkətinin təşkilatçılığı və “Azercell” şirkətinin baş sponsorluğu ilə keçirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakutel-2018 sərgisində autizmli uşaqlara dəstək məqsədilə hərrac keçiriləcək

22-11-2018

BakuTel 2018 sərgisində iki yeni markalı kitabın təqdimatı keçirilib

07-12-2018

Bakutel-də poçt və rabitənin zəngin tarixini əks etdirən muzey fəaliyyət göstərəcək

28-11-2018

Bakcell-ə Ən yaxşı təqdimat sertifikatı verildi

10-12-2018

Bakutel-2018 sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq

15-11-2018

Bakutel 2017-də hansı yeniliklər olacaq?

19-09-2017

Bakutel-2018 bir sıra yeniliklərlə yadda qaldı

08-12-2018

Bakutel sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib

02-12-2019

Bakutel 2015 - Fotolarda

02-12-2015

Bakutel-2018-ə həsr olunan mətbuat konfransı keçirilib

03-12-2018

Bakutel-2018 sərgisində Edulicense portalı istifadəyə verilib

06-12-2018

Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı

17-11-2018

Azercell gənc rəssamlara dəstək oldu

22-06-2018

Bakutel 2015-də 200-dən artıq şirkətin iştirakı gözlənilir

14-09-2015

Bu il Bakutel-də ən son texnologiyalar təqdim ediləcək

21-11-2016

BTİ-nin baş katibinin startapçılarımızla görüşü gözlənilir

28-11-2016

Azercell-in “Kitab Klubu” Gəncədə!

03-08-2024

Baş katib İKT sahəsində əldə olunan nailiyyətlərlə tanış olub

13-09-2018

Bakutel-2018 sərgisində Bakcell ən son texnologiyaları nümayiş etdirəcək

28-11-2018

Haulin Zao startapçılarımızla görüşüb-Foto

29-11-2016

Yüksək Texnologiyalar Parkı “Uşaq festivalı”nda innovativ məhsullar nümayiş etdirib

02-06-2022

Bakutel 2015-də iştirak edəcək ölkələrin adı təsdiqlənib

26-10-2015

Bakutel 2019 25-ci Yubiley Sərgisi uğurla başa çatıb

09-12-2019

Azərbaycan beynəlxalq İT forumda təmsil edilir

16-05-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə