Previous Next
Bağla

Azercell Soyuq Əllər, İsti Ürək xeyriyyə yarmarkasına dəstək verir

17-12-2018 10:10
Azercell Soyuq Əllər, İsti Ürək xeyriyyə yarmarkasına dəstək verir

Xeyriyyə yarmarkasından toplanan vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyatlarına sərf ediləcək 6 ildir ki, yeni il ərəfəsində “Nargis Fund” tərəfindən keçirilən və xoş bir ənənəyə çevrilən “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası bu il də yüzlərlə uşağı sevindirəcək. Yanvar ayının 6-dək davam edəcək bu xoş məramlı tədbirə fəaliyyəti boyunca gələcəyimiz olan uşaqların müdafiəsi, eləcə də onların hüquqlarının qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirən “Azercell Telekom” MMC də öz dəstəyini əsirgəməyib. Şirkət yarmarkada quraşdırılmış stendindən smartfon əldə edən müştəriləri hədiyyə ilə sevindirəcək. Belə ki, abunəçilər öz istəklərinə uyğun olaraq 1000 şəbəkədaxili dəqiqə və ya 1 aylıq limitsiz internet əldə edə biləcəklər.

Xeberler.az  bildirir ki, "Amapola Exclusive Events" şirkətinin təşkilatçılığı ilə baş tutan xeyriyyə yarmarkası bu il öz konsepsiyasına görə əvvəlkilərdən daha fərqli və yaddaqalan olacaq. Fəvvarələr meydanında qurulmuş 47 evcikdən hər kəs Yeni il hədiyyələri, suvenirlər, kitablar, geyimlər və s. əldə edə, kiçik rahat kafelərdə çay, kofe, eləcə də digər isti və ya soyuq içkilərdən içə, müxtəlif təamlardan dada bilər. Xeyriyyə yarmarkasından toplanan vəsait ənənəyə uyğun olaraq, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyatlarına sərf ediləcək. Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin sakinlərini isə əyləncəli proqramlar, maraqlı tədbirlər və sponsorlardan hədiyyələr gözləyir. Məlumat üçün bildirək ki, “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası haqqında gündəlik xəbərləri nargisfund.com saytından, eləcə də fondun rəsmi sosial şəbəkə resurslarından əldə etmək olar.

Qeyd edək ki, 22 illik fəaliyyəti ərzində Azercell uşaqlarla bağlı “De! Dildən-dilə, eldən-elə” şeir və hekayə müsabiqəsini, “Çək!” asfalt üzərində rəsm yarışını, “Hər uşağın ailəyə ehtiyacı var”, “Onlar da hədiyyə gözləyirlər...”, “Uşaq Qaynar xətti”, “Uşaq Paralimpiya Komitəsini”, “Mobil Diş Klinikası”, “Mobil Göz Klinikası”, “Uşaq Qaynar xətti”, uşaqların İnternet şəbəkəsindən təhlükəsiz istifadəsi üçün “Universal
Müdafiə”, “Android üçün müdafiə”, “Valideyn müdafiəsi” xidməti və s. kimi maraqlı layihələr həyata keçirib. Uşaq hüquqlarının qorunması və onların müdafiəsi ilə bağlı həyata keçirdiyi layihələri ilə hər zaman seçilən şirkət bu istiqamətdə fəaliyyətini gələcəkdə də davam etdirəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-dən 5G virtual oyunları və fotomüsabiqə

12-12-2019

Azercell-dən uşaqlara hədiyyə-Foto

02-06-2017

Azercell sosial layihələrini davam etdirir

17-08-2018

Azercell yeni sosial layihəyə başlayıb

02-03-2018

“Uşaq Qaynar Xətti” xidmətində yenilik

28-11-2016

Azercell uşaq hüquqlarının qorunmasına dair aksiya keçirir

01-06-2018

Azercell Könüllüləri xeyriyyə yarmarkası təşkil edib

19-03-2026

Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqların “Busuu” tətbiqinə çıxışını təmin edir

01-06-2020

“Azercell Könüllüləri”nin xeyriyyə təşəbbüsləri davam edir

15-08-2024

Azercell-in Mobil Diş Klinikası pulsuz stomatoloji xidmət göstərib

16-02-2016

“Azercell”in “Onlar da hədiyyə gözləyirlər” layihəsi yekunlaşdı

29-12-2010

Azercell gənc rəssamlara dəstək oldu

22-06-2018

Azercell-in dəstəyi ilə 13 minə yaxın insan tibbi yardım alıb

22-02-2019

Azercell-in Mobil Göz Klinikası Ağdama gedir

13-09-2018

Azercell təmənnasız tibbi müayinələrin təşkilini davam etdirir

15-05-2019

Azercell-in Mobil Göz Klinikası yüzlərlə insanı pulsuz müayinə edib

10-09-2015

Azercell və Azərbaycan Milli Paralimpiya Komitəsi əməkdaşlığı davam etdirir

10-04-2025

Azercell Uşaq Hüquqlarının Qorunması Həftəsi elan edir

25-05-2023

Azercell-in Mobil Diş Klinikası pulsuz xidməti davam etdirir

20-04-2018

Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə 3581 müraciət daxil olub

08-01-2019

Nar Mobile sosial yönümlü layihələri davam etdirir

23-11-2009

Azercell-in mobil klinikalarında 10 000-dən çox insan müayinə edilib

10-10-2019

Azercell uşaqları və məcburi köçkünləri sevindirib

27-08-2019

Azercell Telekom MMC-nin Mobil Diş Klinikası hesabatını açıqladı

15-01-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə