Azərkosmos Azərbaycan Dövlət Aerogeodeziya Müəssisəsi ilə müqavilə imzalayıb

23-10-2015 / 18:05

Azərkosmos ASC  və Azərbaycan Dövlət Aerogeodeziya Müəssisəsi arasında  Azersky peykindən əldə olunan təsvirlərin “Torpaq Sahələrinin İdentifikasiya Sistemi” (TSİS) layihəsi çərçivəsində kənd təsərrüfatında istifadəsi üzrə müqavilə imzalanıb.

Xeberler.az bildirir ki, TSİS layihəsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilir və bu layihəyə əsasən, əldə ediləcək peyk təsvirlərindən rəqəmsal ortofotolar alınması  üçün istifadə ediləcək. Peyk təsvirlərinin məhz bu layihədə istifadəsi həm kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin, həm də digər təyinatlı torpaq sahələrinin identifikasiyası üçün nəzərdə tutulub. Müqaviləyə əsasən,  peyk təsvirlərinin bir hissəsi Azersky peyki ilə, digər hissəsi isə Azərkosmosun partnyoru olduğu Airbus Defence and Space şirkətinin 0.5m ayrıdetməli Pleiades peyki ilə çəkiləcək. Çəkilişlərin bu ilin sonuna kimi yekunlaşacağı planlaşdırılıb.

Xatırladaq ki, bu il aprelin 22-də  Azərkosmos ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində Azərkosmosun və Fransanın Airbus Defence və Space şirkətinin əməkdaşlarının  birgə təşkil etdiyi  Yerin məsafədən müşahidə  peyki olan Azersky peyki vasitəsilə əldə olunan peyk təsvirlərinin kənd təsərrüfatı sahəsində tətbiqi mövzusuna dair seminarda bu layihələrlə bağlı müzakirələr olub. Aidiyyəti benefisiarların maarifləndirilməsi məqsədilə keçirilən seminarda  Kənd Təsərrüfatı Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.