Fransa şirkəti ilə “Azersky” peykinin imkanları müzakirə olunub

27-05-2015 / 17:30

“Azersky” peykindən əldə olunan təsvirlərin müdafiə və təhlükəsizlik məqsədləri üçün istifadəsinə həsr olunmuş seminar keçirilib.

Xeberler.az RYTN-nin rəsmi saytına istinadən məlumat verir ki, seminarın əsas məqsədi “Azersky” peykinin imkanlarını nümayiş etdirmək, qarşılıqlı müzakirə formasında yeni potensial tətbiq imkanlarını ortaya çıxarmaq və istifadə yollarını müzakirə etmək olub.

 Potensial benefisiarların maarifləndirilməsi məqsədilə keçirilən seminarda “Azərkosmos”un və peykin istehsalçısı olan Fransanın  “Airbus Defence &Space” şirkətinin mütəxəssisləri peykin texniki xüsusiyyətləri, peyk təsvirlərinin hərbi məqsədlər üçün praktiki istifadəsi, hərbi xəritəçilik, əməliyyatların coğrafi məkan kəşfiyyat məlumatları ilə təminatı, nəzarəti və monitorinqi və digər bu kimi mövzular haqqında təqdimatlar ediblər.

İnteraktiv formada təşkil edilmiş seminarda ölkəmizin Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti kimi güc strukturlarının nümayəndələri iştirak edib. Bu ilin sonuncu rübünə planlaşdırılmış eynitipli növbəti seminar peyk təsvirləri vasitəsilə təbii ehtiyatların tədqiqi və monitorinqi mövzusuna həsr olunacaq.

İyunun 30-u 2014-cü ildə uğurla orbitə çıxarılmışdır və dekabrın 2-i 2014-cü il tarixindən etibarən “Azərkosmos”a təhvil verilmiş yüksək ayırdetməli (1.5m ayırdetmə) Yer səthinin məsafədən müşahidə  peyki olan “Azersky” peykinin 12 il müddətində fəaliyyət göstərəcəyi proqnozlaşdırılır. 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.