Bugün “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yüksək ayırdetməli (1.5mayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan Azersky peykindən əldə olunan təsvirlərin kənd təsərrüfatı və kadastr məqsədləri üçün istifadəsinə həsr olunmuş seminar keçirilib.
Xəbərlər-in məlumatına görə, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”-nın icrasının birinci ilinin yekunlarına dair 27 yanvar 2015-ci il tarixində təşkil edilmiş toplantıda ölkə başçısı cənab İlham Əliyevin verdiyi aidiyyəti tapşırıqlara müvafiq olaraq Azərkosmos Azersky peykindən istifadə edərək bu sahəyə öz töhfəsini vermək, yeni imkanlar və inkişaf perspektivləri yaratmaq hədəfini qarşıya qoyub.
Potensial benefisiarların maarifləndirilməsi məqsədilə keçirilən seminarda Azərkosmosun və peykin istehsalçısı olan Fransanın Airbus Defence and Space şirkətinin mütəxəssisləri peykintexniki xüsusiyyətləri, peykdən əldə edilən təsvirlər vasitəsilə torpaqların effektiv istifadəsi, məhsuldarlığın qiymətləndirilməsi və proqnozlaşdırılması, kadastr, torpaq sahələrinin sərhədlərinin müəyyənləşdirilməsi, rəqəmsal xəritəçəkmə və digər bu kimi mövzular haqqında təqdimatlar ediblər.
Seminarda Kənd Təsərrüfatı Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları iştirak edib. Bu ilin sonunadək planlaşdırılmış eynitipli növbəti seminarlar peyk təsvirlərinin müdafiə və təhlükəsizlik, neft və mədən sənayesi sahələrinə tətbiqi mövzularına həsr olunacaq.
30 iyun 2014-cü ildə uğurla orbitə çıxarılmış və 2 dekabr 2014-cü il tarixindən etibarən Azərkosmosa təhvil verilmiş Azersky peykinin 12 il müddətində fəaliyyət göstərəcəyi proqnozlaşdırılır. Peykin müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə, kənd təsərrüfatı, turizm və s. kimi geniş tətbiq sahələri vardır.
Mirvari Nəcəf
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri